Язык:
Русский
Hamiləlikdə şəkər yüksəlməsi nədir?
06 августа 2018 11886Həyatı boyunca diabet əlaməti göstərmyən qadında hamiləlik ərzində diabetə rastlanıla bilər. Bu, insulin normalarının bu müddətdə pozulması ilə əlaqədardır. Hamiləlikdən öncə şəkər xəstəsi olan qadınlar isə daima nəzarətdə saxlanılmalıdır. Hamiləliyin ilkin zamanlarında şəkər testi yoxlanılır. Hansısa risk aşkar edilməzsə hamiləliyin 24 və 28-ci həftələri arasında şəkər yüksəlməsi testi aparılır. Nəticədə isə qanda şəkərin səviyyəsinə baxılır. Diabetin olub-olmaması barədə qərar verilir.
Bu, qlükoza testidir. Yəni insulin səviyyəsi ölçülür. Ana namizədinə tərkibində 50 qr şəkər olan su verilir və daha sonra qan dəyərlərinə baxılaraq diabet əlamətləri araşdırılır. Əgər ilk testin nəticəsi yüksək çıxarsa 100 qr glukoza testi ilə davam edilir və qan dəyərlərinə yenidən baxılır.
Türkiyəli kardioloq, professor Canan Karataya görə, bu testi aparmaq üçün anaya verilən 50-75 qramlıq şəkər hamiləliyə və həmçinin uşağa da zərərlidir. Bunun qarşısını isə düzgün qidalanaraq almağın mümkün olduğunu bildirib.
Ancaq bütün bunlara baxmayaraq Türkiyə Ginekoloji dərnəyi, bu testin aparılmasının heç bir zərərinin olmadığını açıqlayıb. Əksinə erkən diaqnoz üçün vacib olduğu məlumatda əks edilib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1