Язык:
Русский
Amerika alimlərinin apardığı tədqiqatlara görə, qadının ilk övladının dünyaya gətirməsi ilə onun həyat fəaliyyətinin davamlılığı arasında əlaqə var.
Kaliforniya universitetinin elmi işçiləri övlad dünyaya gətirmiş qadınların fiziki və psixoloji cəhətdən həyat keyfiyyətini izləyən bir neçə tədqiqat aparıblar. Və belə nəticəyə gəliblər ki, ilk uşağını 25 və daha gec yaşlarda dünyaya gətirən qadınlar doğuş fəaliyyəti erkən olmuş qadınlarla müqayisədə daha cox yaşayırlar.
Bu, ələlxüsus 18 yaşa kimi doğmuş qadınlara aiddir. Bundan əlavə, alimlər qeyd edirlər ki, gec yaşda ana olmaq qərarı vermiş qadınlar daha əlverişli həyat şəraitinə malikdirlər, həmçinin, uşağın dünyaya gətirilməsi və sonrakı inkişafına daha məsuliyyətli yanaşırlar.
Hadisələrin belə inkişaf etməsi qadınların ortalama 90 il yaşaya bilməsinə gətirib çıxarır. Əlbəttə ki, sağlam həyat tərzi qaydalarına əməl olunarsa. Bu layihə çərçivəsində ayrı-ayrı orqan və sistemlərin fəaliyyəti də öyrənilib. Nəticə olaraq bildirilir ki, 25 yaşdan sonra doğmuş qadınlar piylənməyə daha az məruz qalırlar.
Bu cür gedişatın səbəbləri hələ ki, tam məlum deyil, lakin alimlər bu istiqamətdə işlərini davam etdirirlər. Yuxarıda qeyd olunanlar hamiləliyi normal, ağırlaşmalar olmadan keçən qadınlara şamil edilir. Əks halda, hansısa proqnoz vermək məqsədəuyğun olmaz . Analığın hansı yaşda baş tutmasından asılı olmayaraq, bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Belə ki, bundan nəinki körpənin, eləcə də ananın sağlamlığı asılıdır, ələlxüsus doğuşdan sonrakı dövrdə.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1