Язык:
Русский
Alimlər uşağın intellektinin birbaşa ananın genotipindən asılı oldugunu müəyyən ediblər. Bir qrup amerikalı alim fərdin koqnitiv inkişafında genetikanın rolunu müəyyən etmək məqsədi ilə uzunmüddətli müxtəlif tədqiqatlar və təcrübələr aparıb.
Mütəxəssislər bu tədqiqatları valideyn genotipinin sonrakı nəslin intellektinə təsiri nəzəriyyəsinə əsaslanaraq aparmışlar. Onu da deyək ki, tədqiqatların nəticələri geniş ictimaiyyətə təqdim olunmuşdur. Amerikalı alimlər müəyyən ediblər ki, uşağın intellektual qabiliyyəti ilk növbədə anadan asılıdır, belə ki, fərdin əqli qabiliyyətinə cavabdeh genlər birbaşa ana irsiyyəti və X xromosomu ilə əlaqədardır. Onlar əsas koqnitiv funksiyalar olan məntiq, təfəkkür, qavrama, yaddaş ve nitqi kontrol edir. Mütəxəssislər, həmçinin, müəyyən ediblər ki, elə erkən uşaqlıq dövründən başlayaraq uşaqlarda yüksək intellekt bünövrəsi özünü biruzə verir və bu sırf ana ilə sıx əlaqədardır. Belə ki, məhz ana irsiyyəti uşaqda üstünlük təşkil edir. Uşağın atadan aldığı kişi genləri isə əhval-ruhiyyənin və əsas instinktlərin formalaşmasına cavabdehdir. Bunlara aclıq hissi, aqressiya, qəzəb, sevinc və seksual meyl aiddir. Alimlər həmçinin israr edirlər ki, hər bir uşağın intellektual qabiliyyətini yaxşılaşdırmaq mümkündür , əgər erkən yaşlarından başlayaraq onlarla müxtəlif tapşırıqlar edilərsə, hərflər öyrənilərsə, kitablar oxunarsa. Valideynlərin öz körpələrinə maksimal diqqət ayırması önəmlidir və yalnız bu halda uşaq hərtərəfli inkişaf edə bilər. Həmçinin, uşağın inkişafı prosesində valideynlərdən başqa peşəkar mütəxəssislər də iştirak etsələr, daha ideal nəticələr əldə etmək mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1