Язык:
Русский
Gündəlik qabartma tozu içməyin faydaları
05 июля 2018 8317Vücudda baş verən kiçik iltihablanmaların əslində sağlamlıq üçün zərərləri yoxdur. Stress, hərəkətsiş yaşayış tərzi, çəki, düzgün qidalanmamaq vücuddakı iltihabları artırır. Aparılan araşdırmalara görə, qabartma tozu içmək, bu kimi iltihablanmalarla mübarizədə sizə kömək edəcək.
İmmunitet sistemi üçün dalaq həyati əhəmiyyət daşıyır. Bakteriya və viruslar isə dalağın funksiyalarını poza bilər.
Qabartma tozu içmək dalağın fəaliyyəti üçün münbit şərait yaradır.
Aparılan araşdırmalara görə, iki həftə ərzində suya qabartma tozu əlavə edərək içənlərin iltihablanmağa səbəb olan ağ qan hüceyrələrində azalma, qan hüceyrələrində isə artım müşahidə edilib.
T hüceyrəsi olaraq bilinən başqa ağ qan hüceyrəsi, vücud toxumalarına hücumun qarşısını almaq üçün immunitet sistemini düzəltməyə kömək edir. T hüceyrəsi düzgün çalışmadığı zaman astma, yüksək təzyiq kimi sağlamlıq problemlərinə gətirib çıxara bilər. Hər gün az miqdarda qabartma tozu içmək T hüceyrələrinin sağlam işləməsinə dəstəkdir.
Araşdırmaçılar hər gün bir stəkan su içinə yarım çay qaşığı qabartma tozu əlavə edərək içməyi tövsiyə edirlər.
Ancaq buna baxmayaraq içməzdən öncə həkiminizlə məsləhətləşməlisiniz.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1