Язык:
Русский
“Bəzən pasiyentləri psixiatra göndəririk”
12 января 2018 22087Plastik cərrah, uzman doktor İlyas Axundazadə hekimtap-a rinoplastika və mamoplastika əməliyyatları, onların fəsadları və digər maraqlı məqamlar barədə danışıb.
– Əvvəla onu demək lazımdır ki, bunu qətiyyən həkim müəyyən etməməlidir. Təşəbbüs pasiyentdən gəlməlidir. Əgər pasiyent rinoplastika ilə bağlı istəyini bildirərsə, bundan sonra həkim qərar verir rinoplastika əməliyyatı etmək olar ya yox.
– Əgər psixi pozuntu varsa, məsələn məlum olur ki, pasiyent uzun müddətdir şizofreniyadan əziyyət çəkir və bunun fonunda hər hansı estetik əməliyyat etdirmək istəyir, bu zaman həkim birmənalı olaraq əməliyyatdan imtina edə bilər.
Əgər pasiyent dismorfomaniya sindromundan əziyyət çəkirsə. Dismorfomaniya onunla səciyyələnir ki, pasiyentdə hər hansı bədən hissəsinin yaraşıqsız görünməsi ilə bağlı sarışan hallar müşahidə olunur. Yəni bunun obyektiv bir əsası olmur. Pasiyent bütün günü vaxtını güzgü qarşısında keçirir, bu vəziyyət onun həyat tərzinə mane olur.
Onu da deyim ki, dismorfomaniyanı aşkara çıxarmaq heç də asan deyil və əgər belə vəziyyət aşkarlanarsa, pasiyent ilk növbədə birmənalı olaraq psixiatr müayinəsindən keçməlidir. Çünki əməliyyatın nəticələri nə qədər yaxşı olsa da, belə pasiyentlər daim narazı qalır, özlərini daha da bədbəxt hiss edirlər. Bu pasiyentlər iki tipə bölünürlər. Bir hissəsi bir dəfə əməliyyat olunur və bütün qalan ömrlərini özlərini bədbəxt hiss edirlər. Digər hissəsi isə əməliyyatdan sonra daim yenidən əməliyyat olunmaq istəyirlər – onlara surgixolik deyirlər. Bir çox ulduzlar bu sindromdan əziyyət çəkirlər. Bunlara mərhum pop kralı Maykl Ceksonu, Rusiya sənətçilərindən dünyasını dəyişmiş Lyudmila Qurçenkanı, Maşa Rasputinanı aid etmək olar. Bu siyahını uzada da bilərəm. Yeri gəlmişkən, Azərbaycan şou-biznesində də bu cür insanların sayı az deyil.
Bir də pasiyentdə ağır somatik xəstəliklər olarsa, əməliyyitdan imtina edirik. Buraya ürək qüsurları, ağır böyrək çatışmazlıqları, müxtəlif onkoloji xəstəliklər və s. aiddir. Bu hallarda əməliyyat etmək risklidir.
– Hər iki halda, aşağı yaş həddi yetkinlik yaşıdır. Bizim halda 17-18 yaş. Yuxarı yaş həddi isə sağlamlığın ümumi vəziyyəti ilə müəyyənləşdirilir. Əgər pasiyent sağlamdırsa, bu əməliyyatları istənilən yaş dövründə etmək olar.
Bir də görürsən ki, pasiyentin yaşı 60-dan yuxarıdır və o, rinoplastika əməliyyatı etdirmək istəyir. Bu zaman motivləri müəyyənləşdirmək lazımdır. Bəzən onlar irrasional ola bilər.
– Məsələn, pasiyent bankdan kredit götürmək üçün xarici görünüşünü dəyişmək istəyir və ya hər hansı cinayət əməlini gizlətmək istəyir və s.
– Xəstə əməliyyatın sifarişlərini etməyə başlayır, müəyyən parametrlər tələb edir. Əgər qeyri-adekvatlıq yaranarsa, o zaman şübhələnirik və vəziyyəti araşdırmağa başlayırıq. Çünki bu, gələcəkdə həkimin imicinə xələl gətirə bilər.
– İnfeksiya, irinləmə, qanaxma, hemotomalar kimi ümumi cərrahi ağırlaşmalardan başqa, estetik problemlər yarana bilər. Məsələn, pasiyent əməliyyatdan razı qalmaya bilər. Bu, pasiyentin kifayət qədər maariflənməməsindən irəli gələ bilər. Əməliyyatdan əvvəl nəticələr müzakirə olunmayıbsa, belə hallara rast gəlinir.
Texniki problemlər yarana bilər. Bundan başqa, əgər pasiyent həddindən artıq deformasiya etmiş burunla ikinci dəfə əməliyyat olunursa, lazım olan nəticəni ilk əməliyyatdan sonra almaq çətindir. Bu zaman korreksiya, yəni ikinci əməliyyat tələb olunur. Bu cür pasiyentlər 1%-2% təşkil edir.
Kiçildilmə - reduksion mamoplastikada ən xoşagəlməyən hal əlbəttə ki, asimmetriyadır. Müəyyən dərəcədə bu norma sayıla bilər. Lakin çox hiss olunarsa və pasiyenti narahat edərsə, əməliyyat yenidən edilməlidir.
Döş gilələlərinin hissiyatının itməsi müşayiət oluna bilər. Bu, əlbəttə ki, texnikadan asılıdır. Süd vəzinin kistası yarana bilər. Adətən onlar özləri sorulub gedir.
Nəhayət, qadın gəncdirsə və ana olmağı planlaşdırırsa, körpəsinə süd verən zaman problemlər ortaya çıxa bilər. Ümumiyyətlə, məsləhətdir ki, mamoplastika əməliyyatı ailə planlamasından sonra həyata keçirilsin. Çünki forma verdikdən sonra biz çalışırıq ki, orqanizmdə hormonal disbalans yaranmasın. Hormonal disbalans yaranarsa – bu, hamiləlik, kontraseptiv preparatların qəbulu və s. irəli gələ bilər - bu zaman süd vəzi şişir, verilən forma dəyişir və əməliyyat hədər yerə getmiş olur.
– Bu yaş dövründə adətən süd vəzinin sallanması ilə müraciət edirlər. Onlar böyüyür, ağırlaşır, kürək nahiyəsinə ağrılar verir və s. Bununla əlaqədar süd vəzinin kiçildilməsi əməliyyatını həyata keçiririk, azacıq sallanma varsa, sadəcə süd vəzinin dartılması əməliyyatı kifayət edir.
– Son vaxtlar tez-tez müraciət edirlər. Gözəl görünmək həmişə trenddədir və deyərdim ki, bu işdə kişilər qadınlardan heç də geri qalmırlar.
Həkimlə əlaqə üçün "daxil olun" !
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1