Язык:
Русский
Ayaq ağrılarından necə qorunmalı?
18 июля 2018 12363Türkiyənin Anadolu Sağlamlıq Mərkəzi ortopedik və travmotoloqu Kenan Keklikçi ayaq biləyi kirəclənmələri və müalicələri barədə məlumat verib.
Vücud ağırlığının ən çox hiss edildiyi oynaqların başında ayaq biləkləri gəlir.Gündəlik həyatda ən çox hərəkətli olan hissə də məhz ayaqlardır. Həkimlər, ayaq burxulmalarının ən çox idmançılarının yaşadığını bildirirlər. Uyğun olmayan ayaqqabılar da ayaq biləklərində ağrılara səbəb olur.
Mütəxəssis, hündürdaban ayaqqabının ayaq biləyinin düşməni olduğunu bildirib.Xüsusilə də mütəmadi olaraq hündürdaban ayaqqabı istifadə edilərsə topuq ağrısı, sümük problemlərinə yol aça bilir. Türkiyəli mütəxəssis Kenan Keklikçinin sözlərinə görə, bu səbəbdən yaranan qırıqların bəziləri ancaq cərrahi üsullarla müalicə edilə bilir.
Müalicə növü hər xəstənin vəziyyəti araşdırıldıqdan sonra ona məxsus şəkildə təyin edilir. Gənc və orta yaş qrupunda ayaq biləyi burxulmaları,toxuma yaralanmaları, ayaq biləyi qırıqları, qığırdaq zədələnməsi daha çox müşahidə edilir.
Hərəkəti az olan insanlarda isə ayaq biləyi artriti, oynaqları yaradan yumşaq toxumaların zədələnməsi kimi bir sıra problemlər görülür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1