Язык:
Русский
Addison xəstəliyi nədir?
16 августа 2020 14363Addison xəstəliyi bütün yaş qruplarında və hər iki cinsiyyətdə müşahidə edilir və həyat üçün təhlükəli ola bilər.
Bəs Addison xəstəliyi nədir?
Adrenalin çatışmazlıq olaraq da adlanır. Vücudun müəyyən hormonları kifayət qədər istehsal olunmadığı zaman ortaya çıxan nadir bir problemdir. Addison krizinin sinonimləri kəskin böyrəküstü vəzi çatışmazlığı, hipoadrenal kriz, adrenal kriz, adrenokortikal kriz, kəskin hipokortisizm, böyrəküstü vəzin qabıq maddəsinin kəskin çatışmazlığıdır.
Addison xəstəliyi simptomları adətən bir neçə ay ərzində asta-asta inkişaf edir.
Bəs əlamətləri nədir?
Yorğunluq
Çəki itkisi
İştah azalması
Aşağı təzyiq
Ürəkgetmə
Aşağı qan şəkəri
Qarın ağrısı
Mədə bulantısı, ishal və ya qusma
Oynaq ağrıları
Əsəbilik
Depressiya
Bəzən xəstəliyin əlamətləri anidən ortaya çıxır. Aşağıdakı əlamətlərlə üzləşsəniz təcili həkimə müraciət edin:
Ciddi zəiflik
Kürəyinizin alt qismində və ya ayaqlarda ağrı
Qarın ağrısı, qusma, ishal vəs.
Addison krizinin beş forması ayırd edilir:
Mədə-bağırsaq. Ön plana kəskin dispeptik pozulmalar keçir. Qusma, ürəkbulanma, diareya, spatik abdominal ağrılar, iştahasızlıq meydana çıxır.
Psevdoperitoneal. Krizin bu forması kəskin qarınla oxşar klinikaya malikdir. Kəskin ağrılar, qarın əzələlərinin gərginliyi ilə xarakterizə olunur.
Miokardial. Aparıcı simptomlar ürək və damar funksiyalarının pozulması ilə əlaqəlidir. Qan dövranı çatışmazlığı dəri və selikli qişaların sianotikliyi, hipotoniya, nəbzin zəifləməsi ilə təzahür edir.
Meninqoensefalitik. Ocaqlı və hallüsinator-sayıqlama simptomatikası, qıcolmalar, huşun alaqaranlıqlaşması, deliriya inkişaf edir.
Respirator. Tənəffüs çatışmazlığı ilə təzahür edir. Təngnəfəslik, ümumi zəiflik, başgicəllənmə yaranır.
Bir sıra laborator testlərlə bu xəstəliyin diaqnozu dəqiqləşdirilir və həkim tərəfindən lazımi müalicələrə başlanılır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1