Язык:
Русский
Uşaqlara gündə nə qədər hazır ara qidalar vermək olar?
23 февраля 2018 12191Uşaqlar çox sevsə də hazır “atışdırmalıqlar” onlar üçün zərərlidir.
İnsan valideyn olduğu zaman hər şeyi daha dərin dərk edir. Övlad isə insan üçün sınaq və böyük sevgi mənbəyidir. Bu səbəbdən hər bir valideyn övladının qidalanmasına xüsusi yanaşır.
Ancaq bəzən düzgün bilinənləri kiçik mələklər pozmaq üçün çalışırlar. Məsələn, ziyanlı olan qidaları yemək üçün əllərindən gələn hər şeyi edirlər.
Uşaqlara gündə 100 kkalorilik ən çox isə iki ara qidanı vermək mümkündür. İngilis araşdırmaçıları bundan artıq yeyəcəyin zərərli olduğunu bildiriblər.
Uşaqlar gündə 4 və ya daha çox keyfiyyətsiz ara qidalar yedikləri zaman lazım olan şəkər miqdarının 3 qat daha çox hissəsini qəbul etmiş olurlar. Araşdırmaçılar, uşaqların şəkərin yarısını, tövsiyə edilməyən ara qidalar və içkilər sayəsində aldıqlarını vurğulayıblar.
Uşaqların hər il təxminən 400 peçenye, 120-dən çox keks, çörək və un məmulatı, 100 ədəd tort, 70 şokolad və dondurma ilə 150-dən çox paket meyvə suyu və qazlı içkilərdən istifadə etdiklərini bildirən mütəxəssislər, bütün bu qidaların onlarda köklük xəstəlik riskini artırdığını söyləyiblər. Köklük isə piylənmə ilə nəticələnir ki, bunun da qarşısını almaq həm valideyn, həm də azyaşlı üçün çətindir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1