Язык:
Русский
Acı bibər yemək faydalıdır ya zərərli?
03 марта 2018 14666Acı bibər yemək bir çox xəstəliklərə qalxan rolunu oynayır. Xərçəngin əsas düşməni olan acı bibər hər köməyə yetişir. Acı bibərin tərkibində yer alan maddələr xərçəngli hüceyrələri dağıdır. Bəziləri acı bibər yeməyin zərərli olduğunu bildirsələr də aparılan araşdırma bunun tam əksini təsdiq edir.
Dünyada, xüsusilə Meksika və Hind mətbəxində seçilən acı bibər ləzzətlər sırasında yer alır. Xüsusilə qırmızı acı bibər xərçəng xəstəliyinə qarşı qalxan rolu oynayır. Tərkibində olan kapsaisin maddəsi bir çox şişin böyüməsini və xərçəngli hüceyrələrin yayılmasını əngəlləyir. Bir çox ağrıları və sancıları dayandırır. Vitamin toplusudur.
Mədə problem yaşayanlar diqqətli olmalıdırlar. Çünki acı bibəri yeyən insanların mədə və bağırsağı sağlam olmalıdır. Əgər hansısa birində problem varsa, acı bibərdən uzaq durmaq tövsiyə edilir. Bibər qastrit, hemorit kimi narahatçılıqları daha da şiddətləndirir və ağrıları artırır.
Bir çox xəstəliyə şəfa verir. Bronxitin qarşısını almaqda təsirli olan acı bibər, soyuqdəymə əlamətlərini yüngülləşdirərək ağrıların da azalmasına kömək edir. Bədxassəli xolestrolu isə azaltmaqda öz təsirini göstərir. Qan şəkərini tənzimləyir. Dərini gəncləşdirir. Ağrıkəsici xüsusiyyəti də mövcuddur. Bundan əlavə infarkta qarşı da qoruyucu vasitədir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1