Язык:
Русский
Sosiska xərçəng yaradır
03 марта 2018 14896Süd vəzi xərçənginin yeyilən ətlə əlaqəsi var.
Yeni aparılan araşdırma zamanı bu barədə məlumat verilib. Araşdırmaya görə, istifadə edilən ətlər süd vəzi xərçəngi riskini artırır.
260 mindən çox qadını analiz edən araşdırmaçılar həftədə ortalama iki sosiska yeməyin süd vəzi xərçəngi riskini 100-də 50 faiz artırdığını bildiriblər.
Həmçinin nəticədə o da qeyd edilib ki, qırmızı ət yemək də süd vəzi xərçəngini artırır.
Türkiyəli onkoloq Betül Görgen, İngiltərə Glasgov universitetində aparılan araşdırmanın detalları haqqında məlumat verib: “40-69 yaşlarındakı 262 min 195 qadına aid əlamətlər analiz etdirildi. Süd vəzi xərçəngi diaqnozu qoyulan 7 min 919 qadın, 7 il ərzində nəzarət edilib. Araşdırma sonunda isə bu riskin çoxaldığı təsdiqlənib. Ancaq qeyd etməliyəm ki, dana əti kimi qırmızı ət yeməyin xərçəng yaratdığına dair hansısa məlumat əldə edilməyib”.
Kolbasa, salyanmi, konservlər da sosiska ilə eyni kateqoriyaya daxil edilir. Bu növ ətlər, spirtli içkilər xərçəngə yol açan qidalar kateqoriyasına aiddir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1