Язык:
Русский
Xroniki stress piylənməyə səbəb ola bilər
01 марта 2018 13258Stress vəziyyətlərində bəzi adamlar orqanizmin tələbatından daha çox yeməyə başlayırlar - bu faktdır. Alimlər bunun səbəbini öyrənməyə çalışıblar.
Kliniki tədqiqatlar nəticəsində müəyyənləşdirilmişdir ki, xroniki stress və hətta birdəfəlik güclü emosional sarsıntı qanda şəkər balansının pozulmasına səbəb olur.
Stress vəziyyətində orqanizm daha çox qlükoza ifraz etməyə başlayır ki, bu da neqativ psixoemosional vəziyyətin öhdəsindən gəlməyə köməklik göstərir.Orqanizmdə şəkərin miqdarı yüksəldikdə onu parçalamaq üçün insulin ifrazı artır.
Bunun fonunda adam guya “aclıq” hiss edir, əslində belə vəziyyətdə kaloriyə ehtiyac yoxdur. Bu cür vəziyyətlər hərdən-bir yaranarsa, diabet və piylənmə inkişaf etməyəcək. Yox əgər, stress xroniki vəziyyət alarsa, bu zaman ikinci tip diabetin inkişaf riski dəfələrlə artır.
Öz fərziyyələrini təsdiq etmək üçün Lidsa universitetinin alimləri tədqiqat aparıblar.
Onlar könüllünü bilərəkdən stress vəziyyətinə salıb, ona həll etmək üçün orta çətinlikli riyaziyyat məsələsi veriblər. Təcrübədən əvvəl və sonra qanda şəkərəin miqdarı ölçülüb. Alimlərin nəzəriyyəsi tamamilə təsdiqlənib:qlükozanın normallaşma prosesi 6 dəfə daha gec gedib.
Yuxarıda qeyd olunanları nəzərə alsaq, belə bir nəticəyə gəlmək olar ki, insan özünü stressdən maksimum dərəcədə qorumalı və əlbəttə ki, çox yemək vərdişini tərgitməlidir. Əgər əsəb fonunda qida qəbulunu məhdudlaşdırmaq mümkün olmazsa, fast-food yeməkləri və şirniyyatı meyvə-tərəvəzlə əvəz etmək tövsiyə olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1