Язык:
Русский
Məlumdur ki, fiziki aktivlik baş beyinin fəaliyyətini də yaxşılaşdırır. Amma təəssüf ki, idman zallarında məşğul olmaq heç də hamıda alınmır. Bəs onda nə etməli? Çıxış yolu var.
Bir qrup alim apardığı tədqiqatlardan sonra belə nəticəyə gəlib ki, əqli fəaliyyəti 10 dəqiqəlik kardioməşqlərdən sonra demək olar ki, dərhal aktivləşdirmək olar. Bunu yerinizdə qaçmaq, intensizv oturub-durma və ya pres hərəkətləri ilə etmək mümkündür. Vacibi odur ki, əzələlər aktiv işləsin.
Təbii ki, alimlər təkcə nəzəri tədqiqatlar deyil, həmçinin praktik araşdırmalar da aparıblar. Bunun üçün onlar müxtəlif yaşlı və fiziki hazırlıqlı könüllüləri bir araya gətiriblər.
Birinci mərhələdə bütün iştirakçılar sakit mühitdə jurnal oxuyub, sonra bir neçə məntiq məsələsi həll ediblər.
İkinci mərhələdə isə onlar oxşar məsələləri 10 dəqiqəlik aerob məşqdən sonra həll ediblər. Tədqiqatın nəticələrinə görə məlum olub ki, insanlar idman hərəkətlərindən sonra qarşıya qoyulmuş məsələləri 14% daha yaxşı həll ediblər.
Qeyd olunur ki, əldə edilmiş nəticələr ahıl yaşlı insanlarda demensiyanın ilkin mərhələdə müalicəsi məqsədilə də istifadə oluna bilər.
Əldə olunan nəticələr bir daha onu göstərir ki, idmanla məşğul olmaq təkcə bədən quruluşu üçün deyil, həmçinin baş beyinin fəaliyyəti üçün faydalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Использование материалов разрешено только при наличии активной ссылки на источник
Version 2018.06.14.1