Sinə kiçiltmə əməliyyatı necə aparılır?
Bu əməliyyat nəticəsində süd vəziləri həcm olaraq kiçilir. Pasiyentin müayinədən sonra çıxarılacaq məmə toxumasınin miqdarıni, sinənin sallaqlığına görə qərar verilir. Planlaşdırma edilərkən həkim əvvəlcə məmə ucunun olacağı yeri işarələr. Dərhal sonra konus şəklində olan bir qəlib köməyi ilə işarəli bölgə xaricində qalan dəri və məmə toxuması çıxarılması planlaşdırılar.
Sinə kiçiltmə əməliyyatı əvvəli nələrə diqqət edilməlidir?
Pasiyent əgər qan durulducu dərmanlar istifadə edirsə, istifadəsini 10 gün əvvəldən kəsməniz istəNə bilər, əməliyyat öncəsi bədəninizin hər hansı bir yerində infeksiya olmamasına diqqət göstərilməlidir. 40 yaş üzəri qadınlar, xüsusilə ailədə süd vəzisi xərçəngi olan xəstələr əməliyyat öncəsi mamografi çəkdirməsi tövsiyə edilir.
Sinə kiçiltmə əməliyyatı ilə birlikdə dikləşdirmə əməliyyatı da olunurmu?
Bu əməliyyat ilə eyni zamanda sinə dikləşdirmə əməliyyatı da oluna bilər.
Əməliyyat nə qədər vaxt çəkir?
Sinə kiçiltmə əməliyyatı fərqli fəsadlar olmadığı müddətcə 1,5-2 saat içərisində tamamlanır.
Sinə kiçiltmə əməliyyatı sonrası xəstəxanada qalmaq lazımdırmi?
Əməliyyat sonrası pasiyent bir gecə klinikada qalmalıdır.
Sinə kiçiltmə əməliyyatından sonra iz qalırmı?
Əməliyyat sonrasında istifadə olunan texnikaya bağlı olaraq fərqli çapıq (yara izi) qala bilər. Çapıqlar sinə altında tərs T, L və ya I şəklində yara izi olaraq qalar. Çapığin çox az qalması üçün kəsik mümkün olduğu qədər kiçik etməyə çalışılır. Eyni zamanda dikilərkən də çox incə saplardan istifadə olunur.
Sinə kiçiltmə əməliyyat sonrası süd vermək mümkündürmü?
Ümumi məlumat olaraq əməliyyat sonrası əmizdirmə mümkün olmaya bilər. Bu vəziyyətin həyati bir problem təşkil etmədiyi kimi Amerikan nəşrlərində məmə kiçiltmə əməliyyatı keçirən pasiyentlırin bəzilərində süd kanalların təkrar açıldığı yazılmışdır.
Sinə kiçiltmə əməliyyatı sonrası nələrə diqqət edilməlidir?
Əməliyyat ertəsi günü sarğılar dəyişdirilir və yeni sarğı edilir.Pasiyentə tibbi korset(büstqalter) geydirilir. Yeni şəkillənmiş sinələri qorumaq üçün bu xüsusi büstqalter ən azı iki həftə istifadə edilməsi tövsiyə edilir. Dikişlər əməliyyat sonrası 10-15 gün içində alınır. Əməliyyat sonrası meydana gələ biləcək ağrılar üçün ağrı kəsici tövsiyə edilir
Sinə kiçiltmə əməliyyatı sonrası nə zaman normal həyata dönmək mümkündür?
Əməliyyat sonrası ertəsi gün pasiyent ayağa qalxa bilər. 2-3 gün sonra gündəlik işlərini edə biləcək vəziyyətə gəlir.