Nazmin  Musayeva hekimtap.az

Nazmin Musayeva

Plastic surgeon

10 years of experience

Baku
Süd vəzi kiçiltmə əməliyyatı hekimtap.az

Süd vəzi kiçiltmə əməliyyatı

5490

Published: 25.09.2018
Nazmin Musayeva

 

Sinə kiçiltmə əməliyyatı necə aparılır?

Bu əməliyyat nəticəsində süd vəziləri  həcm olaraq kiçilir. Pasiyentin müayinədən sonra çıxarılacaq məmə toxumasınin miqdarıni, sinənin sallaqlığına görə  qərar verilir. Planlaşdırma edilərkən həkim əvvəlcə məmə ucunun olacağı yeri işarələr. Dərhal sonra konus şəklində olan bir qəlib köməyi ilə işarəli bölgə xaricində qalan dəri və məmə toxuması çıxarılması planlaşdırılar.

Sinə kiçiltmə əməliyyatı əvvəli nələrə diqqət edilməlidir?

Pasiyent əgər qan durulducu dərmanlar istifadə edirsə, istifadəsini 10 gün əvvəldən kəsməniz istəNə bilər, əməliyyat öncəsi bədəninizin hər hansı bir yerində infeksiya olmamasına diqqət göstərilməlidir. 40 yaş üzəri qadınlar, xüsusilə ailədə süd vəzisi xərçəngi olan xəstələr əməliyyat öncəsi mamografi çəkdirməsi tövsiyə edilir.

Sinə kiçiltmə əməliyyatı ilə birlikdə dikləşdirmə əməliyyatı da olunurmu?

Bu əməliyyat ilə eyni zamanda sinə dikləşdirmə əməliyyatı da oluna bilər.

Əməliyyat nə qədər vaxt çəkir?

Sinə kiçiltmə əməliyyatı fərqli fəsadlar olmadığı müddətcə 1,5-2 saat içərisində tamamlanır.

Sinə  kiçiltmə əməliyyatı sonrası xəstəxanada qalmaq lazımdırmi?

Əməliyyat sonrası pasiyent   bir gecə  klinikada  qalmalıdır.

Sinə kiçiltmə əməliyyatından sonra iz qalırmı?

Əməliyyat sonrasında istifadə olunan texnikaya bağlı olaraq fərqli çapıq (yara izi) qala bilər. Çapıqlar sinə altında tərs T, L və ya I şəklində yara izi olaraq qalar. Çapığin  çox az qalması üçün  kəsik mümkün olduğu qədər  kiçik etməyə çalışılır. Eyni zamanda dikilərkən də çox incə saplardan  istifadə  olunur.

Sinə kiçiltmə əməliyyat sonrası  süd vermək mümkündürmü?

Ümumi məlumat olaraq əməliyyat sonrası  əmizdirmə mümkün olmaya bilər. Bu vəziyyətin həyati bir problem təşkil etmədiyi kimi Amerikan nəşrlərində məmə kiçiltmə əməliyyatı keçirən pasiyentlırin bəzilərində süd kanalların təkrar açıldığı yazılmışdır.

Sinə kiçiltmə əməliyyatı sonrası nələrə diqqət edilməlidir?

Əməliyyat ertəsi günü sarğılar dəyişdirilir və yeni sarğı edilir.Pasiyentə  tibbi korset(büstqalter) geydirilir. Yeni şəkillənmiş sinələri  qorumaq üçün bu xüsusi büstqalter ən azı iki həftə istifadə edilməsi tövsiyə edilir. Dikişlər əməliyyat sonrası 10-15 gün içində alınır. Əməliyyat sonrası meydana gələ biləcək ağrılar üçün ağrı kəsici tövsiyə edilir

Sinə kiçiltmə əməliyyatı sonrası nə zaman normal həyata dönmək mümkündür?

Əməliyyat sonrası  ertəsi gün pasiyent  ayağa qalxa bilər. 2-3 gün sonra gündəlik işlərini edə biləcək vəziyyətə gəlir.


Nazmin Musayeva

Choose time

Write you telephone number

By applying you accept

rules of service