Abdulla  Shixlinski hekimtap.az

Abdulla Shixlinski,Birinci dərəcəli həkim

Psychiatrist

Birinci dərəcəli həkim

35 years of experience

Baku

About doctor

Həkim-Psixiatr

İki  elmi kitabın müəllifidir: "Psixiatriya: populyar suallara cavablar", "Psixiatrik məntiq". Hər iki kitab rus dilində Bakıda "Elm" nəşriyyatı tərəfindən çap olunmuşdur.

Hərbi  xidməti: SSRİ silahlı qüvvələri-hərbi qulluqçu.

                         Azərbaycan Milli Ordusu-tibb xidməti zabiti, lazaret rəisi.

    Hal-hazırda Bakı şəhərində praktik psixiatrik fəaliyyətlə məşğuldur, həkim-psixiatr  kimi fəaliyyət göstərir.

Education

1993-cü ildə  N.Nərimanov adına Azərbaycan Tibb Universitetini müalicə işi  ixtisası üzrə bitirmişdir.
Psixiatriya üzrə Tver Dövlət Tibb  Akademıyasında, psixiatriya-narkologiya və uşaq-yeniyetmə psixonevrologiyası  üzrə Moskva Dövlət Xalqlar Dostluğu Universitetinin Tibb fakültəsində   ixtisaslaşmışdır.
Həkim-psixiatrdır, həm böyüklərdə, həm uşaqlarda və yeniyetmələrdə  psixiatrik vəziyyətlərin araşdırılması, diaqnostika və müalicəsini aparır, sağlam və psixi xəstə insanlarla psixoterapiya keçirir. 
Psixoterapiya, tibbi psixologiya, neyroreanimasiya  üzrə Azərbaycan Dövlət həkimləri Təkmilləşdirmə İnstitutu və  Moskva Psixoterapiya və Kliniki Psixologiya institutunda  kurslar keçmişdir.
Sağlam və psixi xəstə insanlarla Psixoterapiya aparılması üzrə Krasnodar şəhərində kliniki ordinatura keçmişdir.
Elmi fəaliyyətlə məşğuldur, iki  elmi kitabın müəllifidir: "Psixiatriya: populyar suallara cavablar", "Psixiatrik məntiq". Hər iki kitab rus dilində Bakı şəhərində "Elm" nəşriyyatında çap olunmuşdur. Uzun müddət  Moskva vilayət psixiatrlar Assosiasiyasının üzvi olmuşdur.

Courses

"Məhkəmə-kriminalistik psixiatriya", "Məcburi müalicədə olan  psixi  xəstələrlə əsas  iş prinsipləri" üzrə Rusiya Beynəlxalq tədris mərkəzində xüsusi kurslar keçmişdir.
"Məcburi müalicədə olan şəxslərdə-psixi xəstələrdə  ictimai təhlükəli əməllərin qarşısını almaq məqsədi ilə "b"blakatorların tətbiqi" uzrə  Moskva Elmi Tədqiqat Psixiatriya institutunda xüsusi hazırlıqda olmuşdur.
"Müxtəlif yaşlarda  rast gəlinən şizofreniya zamanı əsas müalicə prinsipləri" Moskva Elmi-Tədqiqat Psixiatriya institutu.

"Psixoprofilaktika və psixogigiena", "Təxirəsalınmaz psixiatriya", "Qadınlarda  psixi xəstəliklərin gediş xüsusiyyətləri" üzrə  Rusiya Federal psixi sağlamlıq mərkəzində kurslar keçmişdir.

Participation in seminars

"Apatik depressiyaların müalicəsində elektrik cəngolma metodunun tətbiqi" Rusiya Beynəlxalq təhsil mərkəzi.

"Neyroleptiklərin tətbiqi zamanı xəstəlik mərhələlərinin nəzərə alınması" Sankt-Peterburq Hərbi-Tibb Akademiyası.

"Sosial təhlükəli ruhi xəstələrin hospitalizasiyası zamanı preventiv tədbirlər" Serbski adına sosial  və məhkəmə psixiatriyası elmi mərkəzi.

"Qocalıq  psixozları, demensiyaların müalicə və reabilitasiyasının əsas prinsipləri" Rusiya Beynəlxalq təhsil mərkəzi.

Executed procedures

 - psixofarmakoterapiya;
 - psixoterapiya;
 - eksperimental-psixoligi müayinələr;
 - febril katatoniyanın və neyroleptik sindromun aradan qaldırılması, psixonevroloji sindromlar zamanı urgent terapiya;
 - elektrik cəngolma terapiyası.

Treatment of diseases

 - Böyüklərdə ,yeniyetmələrdə, uşaqlarda  müşahidə edilən bütün psixi xəstəliklərin və yanaşı gedən nevropatoloji sindromların müalicəsi.
 - Sosial zəminli davranış pozuntularının xüsusi korreksiyası.
 - Tibbi-psixoloji və neyrobioloji proqnozlaşdırma.

   -Sağlam insanlara psixoprofilaktik və psixoterapevtik yardım.

Experience

Moskva, Tver, Leninqrad, Şimali Qavkaz  vilayətlərinin psixiatrik   xəstəxanalarında, Bakı şəhərinin müxtəlif  tibb müəssisələrində  çalışmışdır.
Hal-hazırda  Bakı  şəhərində   "DİALAB" TİBB MƏRKƏZİNDƏ  fəaliyyət göstərir. İş təçrübəsi-35 il.

Abdulla Shixlinski,Birinci dərəcəli həkim

Choose time

Write you telephone number

By applying you accept

rules of service