Самир  Гаджибабаев hekimtap.az

Самир Гаджибабаев

Хирург

Баку

Образование

1999-cu ildə Azərbaycan Tibb Universitetinin I müalicə-profilaktika fakültəsini bitirmişdir.  Ümumi cərrahiyyə və cərrahi onkologiya üzrə ixtisaslaşıb. Hərbi Tibb fakültəsində  hərbi – səhra cərrahiyyəsi ixtisası üzrə təhsil alıb.

2006-2009-cu ildə  Piroqov adına Moskva Milli Cərrahlıq Mərkəzində cərrahiyyə üzrə aspirantura keçib.

2010-cu ildə ABŞ-ın Klivlend  Klinikasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Qaraciyər Nəqli” şöbəsində təcrübə keçib.

The Transplantation Society-nin üzvüdür.

Выполняемые процедуры

Qida borusu, mədə, qaraciyər, öd yolları, mədəaltı vəzi və digər qarın boşluğu orqanları üzərində planlı və təcili  əməliyyatlar.

Əməliyyatdaxili endoskopiyanın, USM və rentgenoloji müayinənin tətbiqi.

Ən müasir avadanlıqlarla (Karl Storz, Covidien, Ethicon) radikal və geniş əməliyyatlar.

Təhlükəsiz əməliyyat və əməliyyat sonrakı   dövr üçün müasir protokoların tətbiqi.

Dr. Samir Hacıbabayev tərəfindən  həyata keçirilən əməliyyatlar:

Qaraciyər, öd yolları, mədəaltı vəzi üzərində əməliyyatlar:

Qaraciyərin anatomik iri və kiçik həcmli rezeksiyaları, öd yollarında endoskopik və açıq üsulla rekonstruktiv əməliyyatlar, əməliyyatdaxili xolangioskopiya və xolangioqrafiya.

Öd yollarının Rentgen və Ultrasəs rəhbərliyi altında drenajı

Mədəaltı vəzi üzərində əməliyyatlar(Whipple əməliyyatı,distal rezeksiyalar,splenektomiya ilə)

Mədə və qida borusunda  əməliyyatlar:

Mədədə rekonstruktiv əməliyyatlar

Qid borusu daralmalarında və törəmələrində 2 və 3 sahəli geniş əməliyyatlar

Qida borusu üzərində endoskopik əməliyyatlar

Diafraqmal yırtıq və axalaziyaya  görə əməliyyatlar

Qida borusunun  və mədənin yad cisimlərinin çıxarılması

Qida borusunun  varikoz damarları üzərində müdaxilələr

Yırtıq əməliyyatları:

Laparoskopik və  açıq üsulla yırtıq əməliyyatları

Diafraqmal yırtıq əməliyyatları

Qarnın ön divarının mürəkkəb və  nəhəng yırtıqlarının bərpası,  süni protezlərin  tətbiqi

Bağırsaqlarda əməliyyatlar:

Nazik bağırsaq üzərində endoskopik əməliyyatlar

Laparoskopik üsulla yoğun bağırsaq əməliyyatlarının həyata  keçirilməsi,  sağ və soltərəfli hemikolektomiyalar,

Total kolektomiya, ileoanal rezervuarların yaradılması

Transanal əməliyyatların aparılması

Опыт работы

Hərbi hospitalda cərrah vəzifəsində xidmət edib.
2004-2005-ci ildə İstanbul Universiteti Tibb fakültəsi, İstanbul Memorial xəstəxanasında “Qaraciyər, öd yolları, mədəaltı vəzi cərrahiyyəsi və Orqan Nəqli” mərkəzində çalıb.
Onkoloji mərkəzin Torakoabdominal cərrahiyyə şöbəsində, Mərkəzi Klinikanın cərrahiyyə şöbəsində cərrah vəzifəsində çalışıb.
30-dan çox məqalə müəllifidir, 400-ə yaxın laparoskopik əməliyyat, 2000-dən çox açıq əməliyyat icra edib.
Qaraciyər, öd yolları, mədəaltı vəzi, qida borusu, mədə və bağırsaqlar üzərində çoxlu sayda mürəkkəb əməliyyatlar aparıb.
35-dən çox II tip şəkərli diabetə görə mürəkkəb əməliyyatların icra edilməsində iştirak edib.
Azərbaycan təbabətində ilk olaraq bir çox mürəkkəb xüsusi əməliyyatları  aparıb:
Azərbaycanda ilk dəfə total laparoskopik qastrektomiya (Mədənin qapalı üsulla  tam əvəz olunması) əməliyyatını həyata keçirib.
Azərbaycanda ilk dəfə tam laparoskopik  total kolektomiya (həddindən çox uzanmış yoğun bağırsağa görə) əməliyyatını həyata keçirib.
Soltərəfli adrenalektomiya (böyrəküstü vəzin şişinin çıxarılması) əməliyyatını həyata keçirib.
Mədəaltı vəzi əməliyyatından sonrakı  mürəkkəb bağırsaq fistulasının ləğv olunması.
Paraaortal qanqlionevromanın  çıxarılması.

Самир Гаджибабаев

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса