Бибиханым  Мамедова hekimtap.az

Бибиханым Мамедова,Эксперт, Oп.

Хирург

Эксперт, Oператор

Баку

Образование

1983-1993-cü illərdə Gəncə şəhəri 24, 11 və 5 saylı orta məktəblərdə orta təhsil alıb.

1993-1999-cu illərdə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi-profilaktika fakültəsində ali təhsil alıb.

1999-2000-ci illərdə T.C.Kütahya Dövlət Xəstəxanasında internatura keçib.

2002-2008-ci illərdə T.C.Hacettepe Universiteti Tibb Fakültəsi Genel Cerrahi Anabilim Dalında uzmanlıq təhsili alıb.

11 sentyabr 2008-ci ildə “Pankreas adenokarsinomalı xəstələrdə serum  CA19-9 və CEA səviyyəsi ilə şişin limfavaskulyar və perinevral invaziyası arasındakı əlaqə” mövzusunda dissertasiya müdafiə etmiş, şifahi və praktiki imtahan verərək GENEL CERRAHİ UZMANI ( Qastrointestinal, Hepatopankreatobiliyar, Süd vəzi-Endokrin, Kolorektal, Onkoloji cərrahiyyə, Yanıq cərrahiyyəsi və müalicəsi, Laparoskopik cərrahiyyə, Cərrahi reanimasiya) ünvanı aldım.

Türkiyə Genel Cerrahi Board imtahanından keçib.

Выполняемые процедуры

Mədə bağırsaq sistemi xəstəliklərinin cərrahi müalicəsi

Qida borusu axalaziyası, reflüks xəstəliyi ( açıqvə laparoskopik), reflüks ezofagit, qida borusu divertikulu

Mədə və on iki barmaq bağırsaq xorası və ağırlaşmaları- perforasiya, qanaxma, bədləşmə

Nazik və yoğun bağırsaq deşilməsi, keçməməzliyi, divertikulları, polipləri, xoraları, yoğun bağırsaq qanaxmaları, appendisit ( açıq və laparoskopik)

Perianal fistula, hemorroid xəstəliyi, anal çat, epithelial büzdüm yolları kistası– pilonidal sinus kisti

Qaraciyər-öd yolları və mədəaltı vəz xəstəliklərinin cərrahi müalicəsi

Qaraciyərin parazitar və qeyri-parazitar kistləri( açıq və laparoskopik əməliyyatlar) , hemangiomaları, törəmələri,

Öd kisəsi daşları, kəskin və xroniki xolesistit, öd kisəsi polipləri ( açıq və laparoskopik əməliyyatlar), qaraciyər daxili və xarici öd yollarının mexaniki obstruksiyası-tutulması, xoledox daşları və törəmələri

Mədəaltı vəz iltihabı, mədəaltı vəzin kistləri, törəmələri

Endokrin sistemi xəstəliklərinin cərrahi müalicəsi

Tiroid vəzin diffuz və düyünlü ur xəstəlikləri, paratiroid vəz adenomları və hiperplaziyası ( hemodializ xəstələrində), böyrəküstü vəz adenomları, tiroid düyünlərinin nazik iynə biopsiyası

Yırtıq əməliyyatları ( açıq və laparoskopik)

Qarın ön divarının postoperasion yırtıqları, göbək yırtığı, qasıq yırtığı,

Diafraqmatik yırtığın açıq və laparoskopik plastikası

Yumşaq toxuma törəmələrinin çıxarılması, pannikulektomiya ( abdominoplastika)

Diaqnostik laparoskopiya, biopsiya götürülməsi

Peritoneal və retroperitoneal, o cümlədən çanaqdaxili törəmələrin, mezenterial kistaların çıxarılması, splenektomiya

Опыт работы

18.05.2009-10.10.2015-ci il tarixlərində N.Tusi adına Klinikada həkim cərrah kimi çalışıb.
2015-ci ilin oktyabr ayından Grand Hospitalda Həkim Cərrah işləyir.                             

 

Бибиханым Мамедова,Эксперт, Oп.

Выберите время

Укажите Ваш номер телефона

Отправляя заявку Вы принимаете

правила работы сервиса