Language:
English
Vulva ağrısı nədir – Yaranma səbəbləri
02 April 2018 21678Əksər qadın həyatının bir dövründə vulva ağrısından əziyyət çəkir.
Bu barədə türkiyəli ginekoloq Betül Görgen bəhs edib.
Vulva qadında xarici genital bölgəyə (vaginanın ətrafı) verilən addır.
Bu həssa bölgədəki ağrı və həssaslıq olduqca narahat edən vəziyyətdir.
Yayğın tip – öz-özündən başlayar və aylarla çəkə bilər.
Lokalizə forma – Ağrı dəqiq bir nahiyədə yaranır və menstruasiyadan öncə daha da şiddətlənir.
Vestibul ağrı – ağrı tam olaraq vagina girişində hiss edilir.
Yaranan göbələk infeksiyaları, vulva nahiyəsində həssaslığı artırır və sinir liflərində artışa səbəb olur. Bu da vulva ağrısı ilə nəticələnir.
Sabunlar, gellər, şampunlar da belə allergiyaya səbəb ola bilər. Həmçinin ağrı və infeksiyaya yol açar.
Həmçinin cinsi münasibət, vaginal quruluq kimi səbəblərdən də yarana biləcəyi üçün həkim tərəfindən ətraflı müayinə edilməlidir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1