Language:
English
Sarı nöqtə xəstəliyi olanlar necə qidalanmalıdırlar?
03 April 2018 9740Xalq arasında sarı nöqtə olaraq bilinən xəstəlik görmə qabiliyyətinin itməsinin ən əsas səbəblərindəndir. Dünyada təxminən 30 milyon insanda müşahidə edilir.
Müalicəsi isə ancaq xəstəliyinin sürətini azaltmaqdan ibarətdir.
Bu növ xəstəlikdən qoruyan müalicə növü hələ tapılmayıb.
Tərkibində kifayət qədər sinko olmayan yeməklərlə qidalananlar bu xəstəliklə daha çox qarşılaşırlar. Vücudun sinko ehtiyacı isə ət, balıq, , lobya, balıq, yulaf, noxud kimi qidaların tərkibində mövcuddur.
Xüsusilə də Omeqa 3 ilə zəngin olan balığı yeməklə bu xəstəlik riskini minimum endirə bilərsiniz. Həmçinin mövcud olan xəstəliyin də sürətini azaldır.
Aparılan araşdırmalara görə, ispanaq, brokoli kimi tünd yaşıl yarpaqlı tərəvəzlərlə qidalanan insanlarda sarı nöqtə xəstəliyi daha az görülür. Çünki bu qidaların tərkibində lutein və zeaxanthin adlı qoruyucu pigmentlər var. Bu maddə həmçinin qarğıdalı, sarı bibər, yumurta sarısı, portağal, şaftalı kimi qidalarda da mövcuddur.
Görmə zəifliyi, bulanıqlıq hiss edənlər dərhal oftalmoloqa müraciət edilməlidir. Erkən diaqnoz bütün xəstəliklər kimi bu xəstəlik zamanı da mühümdür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1