Language:
English
Qulaqlar niyə tutulur? – Səbəbləri və əlamətləri
19 April 2018 53734Qulaq tıxanıqlığı bir çox insanın çəkdiyi problemdir. Adətən ciddi vəziyyət olmasa da, tutulmuş qulaqlar sıxıntı yarada bilərlər.
İlk olaraq qeyd edək ki, bu adi səbəblərlə yanaşı bəzi xəstəliklərin də xəbərçisi ola bilər. Xüsusilə qulaq təmizliyində diqqətli olmaq mühümdür. Qulağı açmaq istəyən zaman daha da pis hala sala bilərsiniz.
Yüksəkliyə qalxan zamanı və ya üzmə zamanı şiddətli təzyiq qulaq tutulmasına səbəb ola bilər.
Xarici qulaqda kirli təbəqənin yaranması qulaq tıxanmasına səbəb ola bilər.
Duş qəbulu zamanı qulağa su girərsə bu da eyni nəticəni verər.
Uşaqlarda soyuqdəymə və qrip zamanı qulaqlar tutulur.
Tez-tez səyahətə çıxanlar və üzgüçülər daha çox bu problemlə qarşılaşırlar.
Qulaq tutulmasında görünən simptomlar, səbəbdən asılı olaraq dəyişir.
Qulaqda eşitmə qabiliyyətinin azalması
Müxtəlif cingiltilərin duyulması
Insanın öz tarazlığını saxlaya bilməməsi
Qulaq ağrısı
Tutulma adətən bir neçə saat ərzində öz-özlüyündən keçər. Əgər keçməzsə həkimə müraciət edilməlidir. Çünki səbəbi ilk olaraq anlaşılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1