Language:
English
Xörək duzu şəkərli diabet riskini artırır
06 January 2018 19253Xörək duzunun qidaya təyin olunmuş normadan artıq əlavə edilməsi şəkərli diabetin yaranma riskini əhəmiyyətli dərəcədə artırır.
İsveçin elmi tədqiqat mərkəzlərinin birində çalışan alimlər belə qənaətə gəliblər. 2-ci tip şəkərli diabet qanda şəkərin səviyyəsinin artması ilə müşayiət olunan metabolizm patologiyasıdır.
Mütəxəssislər apardıqları ən yeni təcrübələrində bu xəstəliyi yaradan daha bir risk faktorunu aşkar ediblər. Təcrübədə bir neçə min İsveç sakini iştirak edib və nəticələr çox maraqlı olub. İş ondadır ki, xörək duzunun sutka ərzində qida ilə çox miqdarda qəbul edilməsi 2-ci tip şəkərli diabet xəstəliyinin yaranma riskini hər artıq 2 qr üçün təxminən 65% artırır. Bu, təxminən bir çay qaşığının yarısından bir qədər azdır. Orta hesabla günə 1.25 çay qaşığı xörək duzu qəbul edən insanlar 2-ci tip şəkərli diabet xəstəliyinə bu məhsulu rasional qəbul edənlərdən 72% artıq tutulurlar.
Tədqiqatda bu patoloji prosesin inkişaf mexanizmləri nəzərdən keçirilməmişdir, ona görə də hər hansı nəticələrdən danışmaq hələ tezdir. Alimlər yalnız ehtimal edirlər ki, xörək duzunun izafi qəbulu insulin rezistentliyi yaradır. Bundan başqa, gündəlik menyuda bu məhsulun artıqlığı piylənmə yaradır ki, bu da şəkərli diabet üçün risk faktorudur.
Onu da qeyd etmək lazımdır ki, alimlər xörək duzu qəbulunun izafiliyini orta yaşlı insanlarda latent autoimmun diabet riskini yaratmasını da müəyyənləşdiriblər ki, bu da öz növbəsində, tədricən inkişaf edən 1-ci tip diabet deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1