Language:
English
Bir çox insanlar ağ saçları estetik çatışmazlıq kimi dəyərləndirirlər. Lakin bir qrup alim müəyyənləşdirib ki, başda saçların erkən ağarması yaxşı əlamətdir. Ən azı, kişilər bundan narahat olmaya bilərlər. Yenicə aparılmış elmi tədqiqatda saçın rəngi və bütün orqanizmin vəziyyəti arasındakı əlaqə öyrənilib.
Beləliklə, müəyyənləşdirilib ki, kişilərdə saçların erkən, daha dəqiq desək, 30 yaşından sonra ağarması qocalmadan deyil, əksinə, immun sistemin yaxşı vəziyyətindən və onun insanı müxtəlif xəstəliklərdən qorumağa hazır olmasından xəbər verir.
Alimlər 30-60 yaş arasında olan 5 mindən çox könüllünün göstəricilərini araşdırıblar. Bu analiz göstərib ki, saçın rəngi birbaşa piqment sekresiyası ilə, daha dəqiq desək, melanin və qlutation ifrazı ilə əlaqədardır.
Qlutation – insan orqanizmində başlıca antioksidantdır. Bu maddə orqanizmi Alsheymer xəstəliyi, ürək-damar patologiyaları və onkoloji xəstəliklərdən qoruyur.
İnsanın yaşı artdıqca bu maddənin orqanizmdəki miqdarı azalır və insanlar təhlükəli xəstəliklərə daha həssas olurlar.
Tədqiqatlardan məlum olub ki, başda saçların erkən ağarması onu göstərir ki, orqanizm qlutanini piqment sintezinə sərf etmir və saçlarda bu və ya digər rəng kimi özünü biruzə verir. Buradan belə nəticəyə gəlmək olar ki, saçları erkən ağaran insanların müxtəlif xəstəliklərə müqavimət göstərən güclü müdafiə ehtiyatları var.
Beləliklə, saçların 30-40 yaşlarında ağarması erkən qocalığa deyil, uzunömürlülüyə dəlalət edir və bu, həm kişilərə, həm də qadınlara aiddir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1