Language:
English
Qozun ürək sisteminə faydaları
30 June 2018 8343Yaddaşı gücləndirmək üçün istifadə olunan qozun ürəyə də faydaları sonsuzdur.
Ürək krizi riskini azaldır – Aparılan araşdırmalara görə, həftədə 4 dəfə bir ovuc qoz və ya qoz yağı yemək infarktdan qoruyur. Bunun üçün qozlardan mütəmadi istifadə etmək lazımdır.
Ürək-damar xəstəliklərinin qarşısını alır. Mütəmadi qoz yeyərək bu kimi problemlərdən xilas ola bilərsiniz.
Mütəxəssislər faydalarından yararlana bilmək üçün yeyiləcək qozun miqdarını müəyyənləşdiriblər. Gündəlik 3 xörək qaşığı (51 qr) qoz yeyərək faydalarından maksimum səviyyədə yararlana bilərsiniz.
Həmçinin qan damarlarını tənzimləyir – qoz yeməyin ən vacib faydalarından biri hüceyrələrə təsir göstərməsidir. Bu hüceyrələr qan damarlarını tənzimləyir. Bununla yanaşı damarların hərəkətli olmasında böyük rol oynayır.
Qan dövranını dəstəkləyir.Mütəmadi istifadə edə biləcəyiniz qoz qan dövranını sürətləndirəcək. Bununla yanaşı xolestrin səviyyəsinə də təsir göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1