Language:
English
Qədim tarix
24 December 2018 10250Təbabətin mənşəyi çox qədimdir. O, öz başlanğıcını eramızdan əvvəlki illərdən götürüb.
Qədim təbabət haqqında məlumatlar bu günə kimi qorunub saxlanılıb. Onlardan ən qədimi - qədim Yunan təbabəti hesab olunur. Yunan təbiblərinin bu sahəyə verdikləri töhvələr əvəzedilməzdir. Onların yaratdıqları bir çox müalicə sistemlərindən müasir dövrdə də istifadə edilir. Dahi yunan təbiblərinin adlarını tarix bu günə kimi qoruyub saxlayıb.
Ən tanınmış qədim yunan həkimi Hippokratdır. Onun çox böyük tibbi əhəmiyyət kəsb edən işi “Hippokratın seçilmiş əsərləri”dir. Orada o dövrün tanınan xəstəliklərinin təfsilatlı təsviri verilmiş, onların müayinə və müalicə üsulları göstərilmişdir. Hippokrat daha çox virus xəstəliklərini araşdırmışdır.
Daha bir məşhur yunan alimi Platon, Hippokratın tələbəsi olmuş və sonralar o da qədim Yunanıstanın məşhur həkimlərindən birinə çevrilmişdir.
Qədim yunanıstanın daha bir tibb dühası Aristoteldir. Bu alimin tibabət qarşısında qoyduğu məsələləri sonrakı nəslin həkimləri öyrənməyə müyəssər olmuşdurlar.
Qədim Romada ilk cərrahlar da yunan həkimləri idi, yerli həkimlər illər sonra ortaya çıxmağa başladı. Dövrünün dahi alim-həkimlərindən Qalen və Selsin adlarını çəkmək olar. Onlar cərrahi müalicədə böyük uğurlar qazanmışdırlar. Selsin “Tibb haqqında” əsəri isə dünya tibbinin qızıl fonduna daxil edilmişdir. Bu əsərdə həkim özündən əvvəlki alimlərin - Hippokratın, Herofilin, Asklepiadın və Erazistradın tibbə yanaşmaları haqda yazmışdır.
Roma tibbinin banisi isə Asklepiad hesab olunur. İnsanların bu sahəyə olan ehtiramını məhz o yaratmışdır, belə ki, pasiyentlər romalının müalicəsindən zövq alırdılar.
Bəs Siz dünyada tanınmış Azərbaycan həkimlərini necə, tanıyırsınızmı?
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1