Language:
English
Uşaqlarda nitqin ləngiməsi
24 April 2018 8769Bəzən inkişafında problem olmayan uşaqların danışıqlarında problem yaranır. Məsələn 3-4 yaşdakı uşaqlar sadəcə 3-4 kəlimə söyləyirlər.
Ailə öncə gözləməyi seçər. Onlar üçün gec danışmağı normal sayılır. Ancaq bu seçim uşaqlarda bəzi problemlərin yaranması ilə nəticələnir.
Belə vəziyyətlərdə uşaqlarda əsəbilik halları müşahidə edilir.Danışa bilməmək uşaqlarda özgüvən hissini azaldır, bu da davranış problemlərinə öz təsirini verir. Mütəxəssislər danışıq terapiyasının mühüm olduğunu açıqlayıblar.
Bunun üçün ilk seanslara valideynlərin də qatılmağı məsləhət olunur. Təxminən 6 aydan sonra isə 3 söz quran uşaqlar daha çox söz və cümlələr qura bilir.
Bununla da uşaqların gərginliyi azalır. Əgər uşaq terapiyaya aparılmazsa mövcud problemlər daha da genişlənər və həll yolu uzanar.
Erkən başlanılan terapiya isə uğurlu nəticə deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1