Language:
English
Dəmir əksikliyi və artıqlığı ciddi problemlərə yol açır
23 April 2018 10178Vitamin və mineralların uşaqlar üçün necə faydalı olduğundan hər birimiz xəbərdarıq.
Türkiyəli mütəxəssis Cengizhan Elmas dəmir əksikliyinin yol açdığı problemlərdən mühüm məqamə diqqətə çatdırıb.
Dəmir əksikliyi beynin funksiyalarına və əsəb sisteminə təsir göstərir.
Belə ki, uşaqlarda diqqət əksikliyinə yol açır. Əgər uşaqlarınız fikrini bir nöqtəyə verə bilmirsə, fikrini cəmləşdirə bilmirsə bunun səbəblərindən biri də dəmir əksikliyi ola bilər. Aparılan araşdırmalar eyni nəticəni təsdiqləyib.
Uzunmüddət davam edən əksiklik zəkanı azaldır.
Bu həmçinin məktəb zamanında da özünü biruzə verir.
Dəmirik əksikliyi də, artıqlığı da çox təhlükəlidir.
Vücudda dəmir artıqlığı olduğu zaman ürək, ağciyər, qaraciyər, sümüklərə, beyinə qədər ciddi zərər verə bilər.
Həmçinin dəmir zəhərlənməsinə də yol aça bilər. Həmçinin necə ki əksikliyi vücudda problem yaradırsa, artıqlığı da orqanizmdə bakteriyaların çoxalmasına səbəb olur.
Əgər əksikliyi varsa dərman qəbulu edilməlidir. Öncə isə bunun ehtiyacının olub-olmaması barədə dəqiq analiz aparılmalıdır.
Müalicə məqsədi ilə alınan dərman preparatı uyğun zaman çərçivəsində uyğun miqdarda alınmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1