Language:
English
Pul və mobil telefonlar virus daşıyıcısıdır
09 April 2018 7832Qrip, soyuqdəymə demək olar ki, hər mövsümdə hər kəsin başına gələ bilən xəstlikdir. Hər il bu infeksiyalar müşahidə edilir. Türkiyəli mütəxəssis Ahmet Altıntaş infeksiyalara qarşı qorunmağın yollarından danışıb.
Müxtəlif formalarda özünü biruzə verən xəstəliklər, viruslar adətən eyni havanın udulması nəticəsində insandan-insana yoluxur.
İstifadə etdiyimiz pullar və mobil telefonlar əsas virus daşıyıcısıdır. Quş, donuz qripi və s xəstəliklərin qarşısını almaq üçün ilk olaraq onun yoluxulucuğunu azaltmalıyıq. Bu səbəbdən də gigiyenaya xüsusi diqqət edilməlidir. Bu qaydaların əvvəlində əl yumaq durur. Xüsusilə də xəstə insanla təmasdan qaçınmalıdır.
Yoluxucu xəstəliklər, boğaz ağrısı, boğazda yanma, burun tutulma, burun axıntısı, qızdırma kimi simptomlar yarana bilər. Bu zaman bəziləri ilk olaraq antibiotikdən istifadə edirlər. Bu həkimlər tərəfindən qətiyyətlə qadağan edilir.
Nəzarətsiz bu növ dərmanlardan istifadə etmək, bakteriyaların inkişafına səbəb ola bilər. Həmçinin sağlamlığa ciddi zərər vura bilər.
Qızdırma 37.5 dərəcədən üstündürsə, halsızlıq artırsa və xəstəlik 5-7 gündən artıq davam edirsə bu zaman həkimə mütləq şəkildə müraciət edilməlidir. Çünki ciddi yanaşmadığınız infeksiya ciddi xəstəliklərə yol aça bilər. Həmçinin immunitet sisteminin düşməsi ölümə belə səbəb yaradar.
Bu zamanlarda orqanizmi gücləndirmək üçün bol meyvə tərəvəz, zəncəfilli çay içilməlidir. Bununla immunitet güclənərək xəstəliklə daha uğurlu mübarizə apara biləcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1