Language:
English
“Onurğa xəstəliyi hər gün inkişaf edir”
19 January 2018 16335Həkim Tap-ın müsahibi osteopat, fizioterapevt Südabə Əliyevadır.
– Skoliozun yaranma səbəbləri çoxdur. Bu xəstəlik , əsasən, ana bətnində yaranmağa başlayır. Skoliozun profilaktikasına uşaqlıqdan başlamaq lazımdır. Uşaq anadan olduqdan sonra yeriyənə qədər ayrı-ayrı mərhələlərdən keçməlidir. O, əvvəlcə iməkləməlidir. Çünki bu dövrdə əzələlər, sümüklər daha çox inkişaf edir və möhkəmlənir. Amma təəssüf ki, bir çox valideynlər bu mərhələdə arabalardan (“xodunoklardan”) istifadə edirlər ki, bu da onurğa sütunun əyilməsinə gətirib çıxara bilər.
– Skoliozun ən geniş yayılmış müalicəsi osteopatik və fizioterapevtik müalicədir. Osteopatiya vasitəsilə xarici və daxili problemləri həll edirik. Skolioz müalicəsində osteopatiya vasitəsilə sümüklərin elastiklik və hərəkətlilik qabiliyyətini bərpa edirik.
– Əgər hansısa mütəxəssis skoliozu 100% aradan qaldıra bildiyini deyirsə, mən buna inanmıram. Müalicələrlə yanaşı, pasiyentin özündən də çox şey asılıdır. 60% həkimdən asılıdırsa, 40% də pasiyentdən asılıdır. Osteopatiya mobilizasiyalardan ibarətdir, bu, fiziki gimnastikadır. Bunu insan hər gün özü də edə bilər. Həyat tərzini insan özü qurur. Əgər o, oturaq həyat tərzi sürərsə, idmanla məşğul olmazsa, əzələlərini passivləşdirərsə, burada skoliozun müalicəsindən, qamətin düzəlməyindən söhbət belə gedə bilməz. Ona görə skoliozu olan insanlar həyat tərzini dəyişməlidirlər.
– Onurğasında problem olan insanlar hər idman növü ilə məşğul ola bilməz. Buraya travma ehtimalı böyük olan idman növləri, ağırlıqqaldırma ilə bağlı növlər və s. aiddir. Bunlar qəti qadağandır. Xüsusi yüngül idman hərəkətləri təyin edirik ki, pasiyent onları səhər və axşam icra etməlidir. Sizə deyim ki, bu, 90% effekt verir.
– Gələcək ana təmiz havada çox olmalıdır, hamilə qadınlar üçün xüsusi idman hərəkətləri var onları icra etməlidirlər və qida rasionuna diqqət yetirməlidirlər.
– Kalsiumlu qidalardan istifadə olunmalıdır, göyərti, meyvə-tərəvəz qəbul edilməlidir. B qrup vitamini qəbul olunmalıdır ki, uşaq düzgün inkişaf etsin. Süni yeməkləri, kimyəvi tərkibli qidaları, kolbasa məhsullarını məhdudlaşdırmaq lazımdır.
– Təəssüf ki, son illərdə skolioz problemi elə uşaq dünyaya göz açan gündən – doğuş travması ilə də yaranır. Bu da ginekoloqun səhvi ucbatından baş verir. Azərbaycanda belə bir tendensiya var ki, uşaq doğulan kimi onu silkələyirlər. Bu zaman uşaq artıq travma alır. Doğuş zamanı yaranan travmadan sonra bizə skolioz-kifozla müraciət edirlər.
– Skolioz daha çox yeniyetməlik dövründə inkişaf edir. Ümumiyyətlə, onurğa xəstəlikləri hər gün inkişaf edir. Əgər problem başlayıbsa, o, hər gün az-az olsa da artır. Tövsiyə edərdim ki, uşaqlarını üzgüçülük bölməsinə yazdırsınlar. Düzdür, üzgüçülük skoliozun müalicəsi sayılmır. Amma xəstəliyin qarşısına bir sədd çəkir. Əgər uşaq üzgüçülüklə məşğul olursa, o deməkdir ki, xəstəlik prosesi dayandırılıb. Buna korreksiya da demək olar.
Çalışmaq lazımdır ki, uşağa kalsiumla zəngin təbii məhsullar versinlər, balıq əti, meyvə-tərəvəzdən bol istifadə etmək tövsiyə olunur.
Onu da demək istərdim ki, ən kiçik problemlər gələcəkdə böyük fəsadlara yol aça bilər. Ona görə də valideynlər hər zaman uşaqların qamətinə, yerişinə və onurğa sütununu necə yerləşməsinə diqqət yetirməlidirlər. Yükün düzgün paylanmaması skolioz problemləri yarada bilər. Məsələn, uşaq ağır məktəb çantasını daim eyni çiynində daşıyır – buna yol vermək olmaz. Çanta həm sağ, həm də sol çiyin üzərində daşınmalıdır.
Tövsiyə edərdim ki, övladlarını bərk yataqda yatırsınlar. Öyrəşmişik ki, yatağımız yumşaq, yun yorğan-döşəkdən ibarət olsun. Bu, onurğaya ziyandır. Yaxşı olar ki, ortopedik döşək və yastıqlardan istifadə olunsun.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1