Language:
English
Fuad İsmayılov: “XXI əsrin depressiya və intiharlar əsri olacağını hələ 90-cı illərdə proqnozlaşdırmışdılar”
20 January 2018 32003Psixiatr, tibb elmləri doktoru, Psixi Sağlamlıq Mərkəzinin direktoru, professor Fuad İsmayılov Həkim Tap-a depressiya haqqında danışıb:
– Buna səbəb depressiyadır. Depressiya beş psixi sahədə pozuntunun vəhdətindən ibarət olan ağır bir vəziyyətdir. Onlardan birincisi əhval-ruhiyyədir. Adətən, depressiya zamanı əhval aşağı olur, ikincisi motivasiya pozuntusudur, yəni insan adətən zövq aldığı şeylərdən zövq almır, daha sonra fiziki narahatlıq, halsızlıq, yuxunun və ya iştahanın pozulması, dördüncüsü insan fəaliyyətinin pozulması – adam bu halda passiv olur və adətən gördüyü işləri görə bilmir və beşinci komponent düşüncə və ya koqnitiv komponentdir – bu zaman insanda diqqət pozuntusu, pessemistik, sui-qəsd haqqında düşüncələr, köməksizlik hissi, özünə qiymətvermənin aşağı düşməsi müşahidə olunur. Bu və ya digər komponentin ifadə olunması ilə yaranan vəziyyət depressiya adlanır.
– Xeyr. Bu komponentlərdən hər hansı birinin daha çox ifadə olunmasından asılı olaraq, depressiyanın növü müəyyənləşdirilir. Məsələn, tutaq ki, birinci komponent üstünlük təşkil edir - əhval-ruhiyyənin aşağı olması və digər komponentlər qabarıq ifadə olunmayıb - biz buna klassik-melanxolik depressiya deyirik. Əgər insanda aktivlik pozularsa, azhərəkətli olursa, bu adinamik depressiya adlanır. Depressiya təşvişlə müşahidə olunarsa, buna təşvişli depressiya deyilir, depressiya hər hansı somatik şikayətlərlə müşayiət edilərsə, bu somatik depressiyadır.
– Depressiya kifayət qədər geniş yayılmış xəstəlikdir. Burada iki məqam var - birincisi və sevindirici olanı odur ki, bu xəstəlik yaxşı müalicə olunur, pis tərəfi isə ondan ibarətdir ki, o intihara səbəb ola bilir. İntiharların 90%-i depressiya ilə əlaqədardır. Hələ 93-cü ildə Dünya bankı maraqlı bir araşdırma aparmış və nəticədə proqnoz vermişdir ki, XXI əsr depressiya və sui qəsdlər əsri olacaq və təəssüf ki, bu, belə də oldu.
– Əlbəttə. Sosial-iqtisadi vəziyyətin bu xəstəliyin yaranmasında rolu böyükdür. Məsələn, maddi sıxıntılar, yaxud da kredit xərcləri, güzəranın yaxşı olmaması insana əlavə stress yaşadır, bu da öz növbəsində depressiyaya səbəb ola bilər. Amma bu, heç də o demək deyik ki, hər iqtisadi çətinliyi olan adam depressiyaya düşməlidir. Burada hər bir fərdin psixi-somatik vəziyyəti, depressiyaya meyilliliyi, dünya görüşü və s. faktorlar da böyük rol oynayır.
– Tibb institutunda oxuyanda bizə öyrədirdilər ki, depressiya 30 yaşından sonra başlayır. Müasir dövrdə isə görürük ki, depressiyalar yeniyetməlik dövründə də olur. Depressiyanın yeniyetmələr arasında yayılması rəsmi statistikaya görə təxminən 8% təşkil edir. Əslində, depressiya istənilən yaşda başlaya bilər.
Keçid dövrünə gəlincə, insan həyatı boyu bir neçə keçid dövrü yaşayır. Yeniyetməlik dövrünə keçid, gənclik dövründən daha ahıl yaş dövrünə keçid, ahıl yaş dövründən qocalıq yaşına keçid. Bu dövrlərdə insan çox həssas olur. İnsanın həm orqanizmində, həm də sosial mühitində dəyişiklik olur. Bu dəyişikliklər sarsıntı yarada bilir, bu isə öz növbəsində depressiyaya səbəb ola bilər.
Mövsümi depressiyalar əsasən şimal ölkələri üçün səciyyəvidir. Burada günəş işığının az olması öz sözünü deyir. İş ondadır ki, xoşbəxtlik hormonu olan serotoninin ifrazına biləvasitə təsir göstərən faktorlardan biri də melatonin ifrazıdır. Beyində bir hissə var ki, orada melatonin hormonu ifraz olunur, həmin o hormonun ifrazı bilavasitə işıqdan asılıdır. Hesab olunur ki, kifayət qədər günəş işığı olmayan şimal ölkələrində mövsümi depressiyalar daha aktualdır. Burada maraqlı müalicə metodunu qeyd etmək istərdim. Xüsusi qurğular satılır ki, onlar günəş işığının bütün spektorlarını özündə birləşdirir. Onların kiçik ekranları var ki, onun qarşısında oturub sanki günəş vannası qəbul edirsən. Bu mövsümi depressiyalar üçün profilaktik tədbir sayılır.
– Depressiya müalicəsinin iki metodu var. Hər ikisi eyni dərəcədə effektlidir - medikamentoz və psixoterapevtik müalicə. Bunu aparılmış çoxsaylı tədqiqatlar göstərib. Medikamentoz müalicə aparmaq daha asandır, çünki müasir preparatlar var ki, onların qəbulu çox asandır – kiçik dozalarla gündə cəmi bir dəfə qəbul olunur. Onlar serotoninin geri tutulması ingibitorları adlanır. Bu preparatların təsiri nəticəsində beyində serotonin mübadiləsi artır və əhval -ruhiyyə yaxşılaşır. Ikinci metod – psixoterapiyadır. Bir neçə müasir psixoterapiya məktəbi mövcuddur. Onlardan ən effektlisi koqnitiv davranış psixoterapiyasıdır. Burada terapevtin köməyi ilə pasiyent yanlış fikirlərini düzəldir, davranışını aktivləşdirir, müəyyən tapşırıqları yerinə yetirir və nəticədə depressiv vəziyyətdən çıxır. Başqa metodlar da var, məsələn, şəxsiyyətlərarası terapiya, psixodinamik terapiya da depressiyanın müalicəsində effektiv metodlar sayılır.
– Yüksək effektivlik əldə etmək üçün medikamentoz və psixoterapevtik metodlardan məhz elə eyni zamanda istifadə etmək tövsiyə olunur. Bu cür müalicə ayrı-ayrı aparılan terapiyadan daha effektivdir.
– Əsası sağlam həyat tərzinə diqqət etməkdir. Çox vaxt depressiya anormal həyat tərzindən irəli gəlir. Məsələn, spirtli içki və narkotiklərin qəbulu, azhərəkətli həyat tərzi, daimi stress vəziyyətində yaşamaq, yuxu rejiminin pozulması – bütün bu faktorlar depressiyanın yaranmasına səbəb ola bilər. Sadaladığım faktorlar insanın depressiyaya həssaslığını artıra bilər. Əgər insan öz həyatını düzgün təşkil edə bilirsə, günün rejimini düzgün təşkil edə bilirsə, bunlar depressiya riskini azaldacaq. Ikinci metod -problemlərin həll edilməsidir. Problemlərə yanaşmanın xüsusi texnikası, müəyyən alqoritmi var. Əgər insan bu texnikaları öyrənə bilib, problemlərin həllinə düzgün yanaşa bilsə, prioritetləri düzgün bölüşdürə bilsə, düzgün həll tapmağı öyrənə bilsə, bu, onu neqativ hallardan qoruyacaq.
– Depressiv insanlar üçün nəzərdə tutulmuş xüsusi qida rasionu yoxdur, amma yaxşı olar ki, qidalanma balanslaşdırılmış olsun və əlbəttə ki, karbohidratların qəbulunu nəzarətdə saxlamaq lazımdır, məsələn, elə hallar olur ki, atipik depressiyalarda insan çox yeməyə başlayır. Bədbin, depressiv vəziyyətin guya qarşısını almaq üçün çoxlu yeməyə başlayır. Ona görə də qida balansına fikir vermək lazımdır. Tez-tez depressiyaya anoreksiya xəstələrində rast gəlinir, bir daha qeyd edirəm, çəki və qidalanmanın böyük rolu var. Idmanla məşğul olmağın böyük əhəmiyyəti var, idman hərəkətləri xoşbəxtlik hormonu olan serotoninin miqdarını artırır və nəticədə insanın əhvalı yaxşılaşır.
– Qadınlar kişilərlə müqayisədə depressiyadan iki dəfə çox əziyyət çəkirlər. Yəqin ki, bunun səbəbi qadınların stresə daha çox həssas olmalarıdır, burada qadınların daha çox emosional olmasını da göstərmək olar. Amma intihar hallarına daha çox kişilərdə rast gəlinir.
– Çünki kişilərdə derpessiya daha ağır vəziyyətdə özünü göstərir. Mən bunları bioloji faktorlarla əlaqələndirərdim. Qadınlarda sonuncu cüt xromosomu XX-dir, orada elə genlər ola bilər ki qoruyucu funksiya rolunu oynasın, kişilərdə isə son xromosom cütlüyü XY-dir və burada müəyyən qoruyucu mexanizmlər olmaya bilər.
– Bu, çox böyük problemdir. Fiziki xəstəlikdən fərqli olaraq, psixi problemdə - depressiyada məsələ başqa cürdür. Depressiyadan əziyyət çəkən adamın yaxınları, dostları ona baxıb fikirləşirlər “başı sağ, ayağı sağ, işləri qaydasında – bu nədən narazıdır”. Bu çox yanlış yanaşmadır. Onlar xəstəyə əziyyət verən nə xarici, nə də daxili səbəbi görürlər. Çox vaxt ətrafdakılar depressiya simptomlarına fikir vermirlər. Bir də görürsən, heç nədən biri intihar etdi. Amma araşdıranda görürsən ki, onun psixoloji və psixi problemləri var imiş. Passivləşibmiş, bədbin imiş və s. Ona görə də yaxınların, ailə üzvlərinin xəstəyə anlayış göstərməsi vacibdir. Yaxınların düzgün yanaşması və dəstəyi sayəsində depressiya bir qayda olaraq, daha tez sağalır.
– Birinci – psixi sağlamlıq sahəsində biliklərini artırsınlar, ikinci – sağlam həyat tərzi sürsünlər, üçüncüsü – stressdən qorunsunlar. Depressiv vəziyyət hiss etdikdə xoşlamadıqları insanlarla görüşməsinlər, mən başa düşürəm bunu etmək çətindir, amma yenə də belə bir imkan varsa, həmin insanlarla görüşlərini başqa vaxta keçirsinlər. Əgər bir problem yaranıbsa, onu hissə-hissə həyata keçirmək yaxşı olardı. Sonra bu problemin optimal həllini tapıb tədricən onu həll etməyi tövsiyyə edərdim.
Hər birimizin ətrafında uğurlu insanlar var, onların həyatından nümunə götürmək faydalı olardı.
Əlbəttə ki, bədən tərbiyəsi və idmanla məşğul olmaq birbaşa göstərişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1