Language:
English
Hamiləlik zamanı yaranan bel ağrılarını necə azaltmalı?
23 February 2018 17705Hamiləlik zamanı ən çox yaranan problemlərdən biri beldə yaranan ağrılardır. Hamiləlikdə bel ağrısından qorunmaq üçün qadınların artıq çəki almamaları çox vacibdir. Bu səbəbdən hamiləlik müddətində gəzinti, üzmə kimi idman hərəkətlərinə diqqət edilməlidir.
Hamiləlik zamanı bel ağrısını artıran digər faktorlardan biri də rahat olmayan ayaqqabılardır. Bəzi qadınlar ya çox hündür ayaqqabı geyinirlər, ya da çox düz. Bu səbəbdən normal alçaq dabanlı seçmələri çox əsasdır.
Bu vəziyyətdə belə dəstək vermək üçün mütləq şəkildə belin arxasına oturan zaman dəstəkləyici yastıqlar qoyulmalıdır. Hamilələr bel ağrısı zamanı həkim nəzarəti altında müalicə üçün gellərdən istifadə edə bilərlər.
Hamiləlik zamanı keçməyən bel ağrıları zamanı mütləq şəkildə fizioterapevt ilə əlaqə saxlanılmalı və düzgün müalicə alınmalıdır.
Bel ağrıları ilə yanaşı qarında sərtliyin yaranıb-yaranmadığını, aşağıya doğru təzyiqin olub-olmadığına diqqət etmək vacibdir. Əgər bu əlamətlər varsa ciddiyə alınmalı mütəxəssislə danışılmalıdır. Əgər uzun müddət keçməyən bel ağrılarınız olarsa böyrəklərdə də problem ola bilər.
Bel ağrısı zamanı bəzi idman hərəkətlərini etmək, ağrını azaltmaq baxımından düzgün seçim ola bilər. Mütəxəssis nəzarəti altında edilən hərəkətlər vasitəsilə ağrıları azaldıla və yeni yaranacaq problemlərin qarşısını ala bilərsiniz. Bunun üçün:
- Normal olaraq bel üstə uzanın
- Başınızı önə qaldırıb hər iki ayağınızı özünüzə doğru çəkərək 5-ə qədər sayın
- Rahatlayaraq normal bel üzərində yenidən uzanın
- Bel ağrısını azaltmaq üçün alternativ hərəkətlər də mövcuddur:
- Çiyinləriniz və topuqlarınızdan dəstək alaraq belinizi 4 sm qədər yuxarı qaldırıb 5-ə kimi sayın.
- Rahatlayaraq bel üstdə uzanın
Hər iki proseduru da gündə 2 dəfə tətbiq edə bilərsiniz.
Qeyd edək ki, həmi duruş və hərəkətlər hamilənin vəziyyətindən asılı olaraq əks təsir göstərə bilər. Bu səbəbdən edəcəyiniz hərəkətlərdən öncə həkiminizlə məsləhətləşin.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1