Language:
English
Bu məhsullar koronaya yoluxdurur
08 May 2020 7134Son aylar koronavirusla bağlı insanlar dezinfeksiya məhlullarından çox istifadə etməyə başlayıblar. Virus səbəbiylə əllər üçün istifadə edilən bu məhsullar bəzən üz üçün də istifadə edilir. Türkiyəli dermatoloq Gürkan Yardımcının sözlərinə görə, kaloniya, yaş salfet kimi dezinfeksiya məhsullarından istifadə dəridə quruluğa, qızarıqlığa, ekzemaya yol aça bilər. Bu da koronavirusun xəstəliyin zədələnmiş dəriyə asan yoluxmasına səbəb ola bilər.
Həkim, dərini təmiz saxlamağın yollarından bəhs edib:
“Bu xəstəlikdən qorunmağın ən vacib yollarından biri əl gigiyenasıdır. Ən ideal forma, əllərin ən az 20-30 saniyə yuyulmasıdır. Əl biləkləri də sabunla və ilıq su ilə yuyulmalıdır. Sabun ilə əllərin yuyulması mümkün olmadığı hallarda dezinfeksiya edən məhlullardan istifadə oluna bilər”.
Əlləri yuyarkən qaynar sudan çəkinmək, qoxusuz və rəngsiz sabundan istifadə etmək tövsiyə olunur. Düzgün əl yuyulmasından sonra əlləri nəmləndirmək əsas işdir. Vazelin, ən ideal nəmləndirici vasitəsidir. Buna alternativ olaraq, qliserin, E vitamini, zeytun yağı, kokos, badam, çobanyastığı tərkibli kremlərdən istifadə edə bilərsiniz.
Mütəxəssis, insanların ən çox məhsul seçimində yanlış etdikllərini qeyd edib:
“Dəri qoruyucu təbəqədir. Bu təbəqənin zədələnməsi, dəridə sərtləşmə, quruma, çatlama yaradır. Bu da xəstəliklərə yol açır. E vitamini, zeytun yağı, qliserin tərkibli sabunlardan istifadə məsləhət edilir”.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1