Language:
English
Oğlanlarda yeniyetməlik dövrünün əlamətləri
28 May 2018 11595Kişilərdə yeniyetməlik müəyyən yaş dövrlərində müəyyən əlamətlərlə üzə çıxır.
Adətən 10 ilə 15 yaş arasında ortaya çıxır. Qeyd edək ki, yeniyetməlik dövrü oğlan və qızlarda müəyyən yaş qruplarında müxtəlif əlamətlərlə üzə çıxır. Bu müddətdə valideynlər diqqətli davranmalıdırlar. Kişilərdə əlamətlər qadınlara nisbətdə daha çox özünü biruzə verir. Səsdə qalınlaşma, boy uzanması kimi dəyişikliklər bu dövrdə baş verir.
Fiziki dəyişikliklər içərisində bu əlamətlər özünü biruzə verir:
İlk görülən əlamət səsdə olan qalınlaşmadır. Bu keçici dəyişikliklər 13 yaşından başlayır.
13 yaşla birlikdə dodaqların üstündə , üzün və vücudun müəyyən nahiyyələrində tüklənmə başlayır.
13-15 yaş arasında boy uzanmağa başlayır. Bu müddətdə ayaqlarda böyümə, qollarda və ayaqlarda uzanma görünə bilər.
Bu dövrün digər əlamətlərindən biri də saçlarda yağlanma, üzdə sızanaq yarana bilər.
Bu müddətdə ruhsal dəyişikliklər də müşahidə edilə bilər.
Belə zamanlarda oğlanlar daha eqoist olurlar.
Ailəsi ilə birlikdə problemlər də yaşaya bilərlər.
Belə zamanlarda ya özgüvən çoxluğu ya da əksikliyi yaşayarlar.
13-15 yaşından başlayan oğlanlarda yeniyetməlik dövrü 18 yaşında bitir. Ancaq bəzilərində isə uzanma baş verə bilər. Belə ki, bu müddət 25 yaşına kimi davam edə bilər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır (https://hekimtap.az).
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1