Language:
English
Mağazalardakı təhlükəsizlik cihazlarına diqqət
28 December 2018 11391Ürəkdə yaranan xəstəliklə əlaqədər bəzi insanlar ürəklərinin normal işləməsini təmin edə bilmək üçün ürək batareyalarından istifadə edir. Ancaq gündəlik həyatımızda alış-veriş mərkəzlərində, marketlərdə, geyim mağazalarında tez-tez rastlaşdığımız təhlükəsizlik cihazları ürək batareyalarından istifadə edən insanlara mənfi təsir edir. Bu cihazlar batareyanın yalnış əmirlər almasına yol açır. Yəni, təhlükəsizlik cihazları ilə qarşılıqlı əlaqəyə girən batareya ürəyə ehtiyacı olmayan şok siqnal ötürər ki, bu da insan həyatını təhlükə qarşısında qoya bilər.
Bunun qarşısını almaq üçün isə, bu cihazların üzərinə xəbərdarlıq lövhələri asılmalı və bildirilməlidir ki, ürək batareyalarında istifadə edən şəxlərin keçməsi qadağandır və onların rahatlıqla girib-çıxa bilmələri üçün ayrıca bölmə yaradılmalıdır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1