Language:
English
Mədə soyuqdəyməsi nədir? Səbəbləri
11 June 2018 42866Mədə soyuqlaması kimi bilinən gastroenterit, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiyadır. Viral gastroenterit üçün effektli müalicə üsulu yoxdur.
Norovirus: Həm böyüklər, həm də uşaqlara təsir edən bu virusun dar məkanlarda yayılma riski daha yüksəkdir. Çirkli qida və ya sudan yoluxur, bununla birlikdə insandan-insana daha tez yoluxur.
Rotavirus: Xüsusilə də uşaqların barmaqlarını və ya çirkli qidaları ağızlarına almaqları ilə bu virus yoluxur. Bilmədən xəstəliyin yayılmasına səbəb ola bilərsiniz.
Bəzi qabıqlı dəniz məhsulları, xüsusilə çiy və ya az bişmiş qidalar gastroenteritə səbəb ola bilər.
Soyuq və ya qablaşdırılmış qida və içkilərin istifadəsi mədə soyuqlamasına səbəb yarada bilər.
Qarın ağrıları
Sulu ishal
Bulantı, qusma və ya hər ikisi də
Arada yaranan əzələ ağrıları və ya baş ağrısı
Yüngül qızdırma
Uşaqlarda mədə soyuqlaması simptomları adətən daha yüngüldür və bir neçə gün ərzində düzəlir.
Uşaqlarda mədə soyuqlaması simptomları adətən daha yüngül keçir və bir neçə gün ərzində düzəlir.
Simptomlar adətən bir neçə gün və ya 10 gün ərzində keçir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1