Language:
English
Mədə botoksu nədir?
03 September 2018 8754Norveçli elm adamları 2004-cü ildən bu yana bir çox tədqiqatlar aparıblar. Aparılan araşdırmalara görə, arıqlamaq üçün istifadə edilən mədə botoksu kifayət qədər effektlidir.
15 dəqiqə kimi qısa bir zamanda edilməsi, xəstəxanada qalmağı məcbur etməməsi botoksun cəzbedici xüsusiyyətlərinin içərisindədir. Ancaq bu belə özbaşına deyil, diyetoloq nəzarətində edilməlidir. Arıqlamaq istəyən insanın özünəxas yemək menyusu olmalıdır.
Prosedurdan sonra pəhrizə diqqət edilməlidir. Norveç, Koreya, ABŞ olmaq üzrə bir sıra ölkələrdə bundan istifadə edilir. Bununla 5-6 ayda 4-20 kq çəki itirmək mümkündür. Diyetoloqla birlikdə ideal çəkiyə qayıtmaq mümkündür.
Düzgün olaraq qaydalara riayət edildikdə 10-20 kq qədər arıqlamaq mümkündür. Sadəcə mədə botoksu ilə hansısa nəticə əldə etmək mümkün deyil. Aparılan araşdırmalara görə, xəstələrin 25 faizində istənilən nəticə əldə edilib.
Həmçinin bu növ pəhrizdən sonra isə insanların iştahı azalır bu isə formada qalmağa kömək edir.
Prosedurun uğuruna təsir edən vacib faktor cərrahın bu mövzudakı təcrübəsidir. Normalda karbonhidratlar 2-3 saatla ya da 4 saatda boşala bildiyi halda, bu prosedurdan sonra mədənin boşalma müddəti 12 saata qədər çıxa bilər. Bu prosedur nəticəsində aclıq hormonu da azaldılır. Bununla da çəki sürətlə enməyə başlayır.
İncə detalları çox olduğu üçün professionallar tərəfindən tətbiq edilməsi əsas şərtdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1