Language:
English
Koronaya qarşı immuniteti necə gücləndirməli?
22 March 2020 8426Bütün dünyanı təsiri altına alan koronovirusa qarşı immuniteti gücləndirməyin əhəmiyyəti olduqca böyükdür.
İmmunitet nədir?
Qarşılaşdığı mikrobla mübarizə aparan, yox edənə qədər çalışan bir sistemdir.
Bəs immunitetimizi nə qədər tanıyırıq?
Bu barədə doktor Jan Klod Kayuka məlumat verib. O, immunitet sistemini necə gücləndirməyin və xəstəliyə qarşı edilməsi vacib olan nüansları açıqlayıb.
İmmunitet xüsusi hüceyrə və toxumalardan ibarət mükəmməl sistemdir.
İnsanda təməl olaraq iki növ immunitetdən söz gedə bilər:
Birincisi doğuşdan gələn, ikincisi isə sonradan qazanılan.
Birincisində, canlının doğuşdan etibarən başlayıb ölümünə qədər fəaliyyət göstərən qoruma mexanizmidir. Genetika ilə əlaqəlidir və nəsildən-nəsilə keçə bilər.
İkincisində isə immunitet müxtəlif yollarla sonradan qazanılır. O da aktiv və passiv olmaqla iki yerə ayrılır.
Aktiv forması müxtəlif peyvəndlər, xəstəlik keçirmə yolu ilə meydana gəlir. Məsələn, xəstələnən zaman vücud artıq həmin infeksiyanı tanıyır və yenidən onun xəstəlik yaratmasına icazə vermir. Bununla peyvəndin rolu demək olar ki çox bənzərdir.
Mütəmadi, düzgün qidalanmağın immunitetin gücləndirilməsində rolu böyükdür.
Ət, balıq, süd və süd məhsulları, meyvə və tərəvəzlərdən gündəlik olaraq istifadə edin.
Bol miqdarda maye qəbul edin. Spirtli içkilər, siqaretdən istifadə vücudun gücünü azaldır.
Stresdən uzaqlaşın. Kifayət qədər yatmalısınız. Bu vücudun özünü yaxşılaşdırma mexanizmidir. Dincəlmiş bədən daha güclü olur. Normal insan üçün minimum yuxu saatı 8-9 saat olmalıdır.
Gərəksiz dərman istifadələrindən qaçının. Bu kimi vasitələr bədəni gücdən salır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1