Language:
English
Kirəclənmə nədir?- Müalicəsi
05 July 2020 8554Xalq arasında bilinən adı ilə kirəclənmə ya da tibbi adı ilə osteoartrit, oynaqlarda meydana gələn sovrulma nəticəsində meydana çıxan narahatçılıqdır. Kirəclənmə, daha çox ağır yük daşıyan insanlarda müşahidə olunur.
Kirəclənmə riski yaşla birlikdə artır.40 yaşdan yuxarı insanlarda daha çox görülür. Bununla yanaşı gənclərdə də görülə bilər. Oynaq kirəclənməsi oynaq xəstəliklərinin ən böyük səbəblərindən biridir.
Bəs kirəclənmə, bir sıra əlamətlərlə özünü biruzə verir.
Bu əlamətlər isə anidən ortaya çıxmır, zamanla inkişaf edir.
Osteoartritdə görülə bilən əlamətlərin bəziləri bunlardır:
Fiziki fəaliyyətdən sonra yaranan oynaq ağrısı
Diz kirəclənməsi zamanı dizlərin hərəkəti ilə ortaya çıxan ağrı.
Beldə kirəclənmə olduğu zaman ağrı ilə yanaşı ayaqlarda gücsüzlük və uyuşma hissi yaranır.
Osteoartritlə bağlı yaranan şişlik və ya sərtliyə görə əzələlərin fəaliyyəti çətinləşir. Alt vücud oynaqları təsirləndiyi zaman yerimə, pilləkənlə çıxma zamanı çətinliklər yarana bilər.
Bəs müalicə necə aparılır?
Kirəclənmə probleminin müalicəsində əsas hədəf, əlamətləri aradan qaldırmaq ya da minimum səviyyəyə endirməkdir.
Artıq çəkilərdən xilas olaraq ağrıları minimuma endirmək üçün vacibdir. Ağrıkəsici və iltihab əleyhinə dərmanlar da müalicənin bir hissəsi kimi qəbul edilir.
Cərrahi üsul da müalicələr sırasında yer alır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1