Language:
English
Körpələr dəstəksiz nə zaman oturmalıdır?
17 May 2018 17552Körpələr nə zaman dəstəksiz oturur kimi suallar hər valideyni maraqlandırır.
Körpələr, öz-özlərinə oturmaya başladıqlarında və heç kəsin dəstəyinə ehtiyac olmadan köməksiz olaraq oynamaqları çox sevindirici görünür.
Uşaqlar oturmağa başlayan zaman, kürək və boyun əzələləri yetərli gücə sahib olduğu üçün baş və ayaqları üzərində kifayət qədər nəzarəti olduğundan iməkləmə, ayaqda durma və yerimə kimi hərəkətlər onlar üçün daha asan hala gəlir.
Əksər uşaqların çoxu 4 aylıq olan zaman oturmağa başlayırlar. Ancaq bəzilərinki daha uzun çəkir. Bəzi uşaqlar 7 aylıq olduğunda dəstəksiz olaraq öz başlarına oturmağa başlaya bilirlər.
8 aylığında isə daha uzunmüddət otura bilirlər. Daha sonra isə özləri istəklərinə uyğun olaraq yata və ya çevrilə bilərlər.
Əgər uşağınız 4 aylıq olan zaman baş nəzarətini edə bilmirsə körpənizin inkişafı haqqında narahat olmalısınız.
Həmçinin oturmağı da 9 ayına qədər bacarmırsa mütləq şəkildə həkim müayinəsi gərəklidir.
Körpələrə oturmağı öyrədən zaman bunu bir neçə dəfə edin. Birdən çox otuzdurmaq doğru addım hesab edilmir. Bu uşağın onurğasını zədələyə bilər. Gündə 5-6 dəfə qısa müddətli otuzdurun.
Uşaqları öz-özünə oynamağına icazə verin. Önünə isə istədiyi oyuncaqları qoyun. Kənardan isə seyr edin. Öz-özünə oturmağa çalışacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1