Language:
English
Hansı plastik əməliyyatlar eyni anda edilə bilər?
10 August 2018 7289Eyni cərrahi müdaxilə ilə süd vəzi və qarın estetikası əməliyyat oluna bilər. Süd vəzi böyütmə və qarın gərmə kimi cərrahi müdaxilələrin edilməsi artıq mümkündür.
Bununla yanaşı üz dartma, göz qapağı ilə qaş qaldırma da eyni prosedurla edilə bilər.
Müasir tibdə burun ilə çənə estetik əməliyyatı da eyni zamanda aparılır.
Bu növ əməliyyatlar yaxşılaşma yəni sağalma müddətini də qısaldır. Fərqli prosedurlar keçən pasiyent daha gec sağalsa da bunun vasitəsilə daha tez yaxşılaşması mümkündür.
Süd vəzi ilə qadın gərmə əməlliyyatında 3 d cihazından istifadə edilərək yeni formalar tətbiq edilə bilər. 8 fərqli mövqedən şəkillər çəkilə bilir. İstənilən məmə və qarın forması seçilir. Bunun sayəsində pasiyent istədiyi görünüşə sahib ola bilir. Cərrahi müdaxilə zamanı həkimin işi də asanlaşır. Buna səbəb isə xəstəsinin nə istədiyini tam olaraq bilməsidir.
Əməliyyat zamanı istifadə ediləcək alətlər, cihazlar isə şəxsə məxsus olaraq özəl seçilir. Forma dəqiqləşdikdən sonra əməliyyat forması, üsulu da dəqiqləşdirilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1