Language:
English
Hansı dəri tipinə məxsussunuz? – Bu üsulla öyrənin
02 August 2018 8602Dəri tipi insandan-insana dəyişir. Dəri tipinin dəyişik olmasının səbəbi sübum adlı maddənin vücuddakı istehsalı ilə əlaqədardır. Sebum dəridəki yağ miqdarını tənzimləyir. Hər insanın bədənində isə yağ miqdarı fərqli olur.
Quru – Sebum miqdarı ən aşağı olan dəri quruluşudur. Tez-tez dəri töküntüsü və soyulma müşahidə edilir. Qırışıqlığa meyllidir. Həssas olduğu üçün tez qızarır.
Yağlı – Sebum miqdarı ən yüksək olan formadır. Mütəmadi olaraq qulluq tələb edir. Sızanaqlara meyllidir. Bu dəri tipinə sahib olanlarda tez-tez sızanaq və ləkələrə rast gəlmək mümkündür.
Qarışıq – Ən yayğın formadır. Adətən yağlı dəri forması ilə qarışdırılır. Belə dəri formalarında üzün müəyyən bir qismi yağlı ikən digər qismi isə normal ya da qurudur. Daha çox T nahiyəsi alın burun və çənə hissəsi tez yağlanar.
Normal – Sebum miqdarı tənzimlənmiş formadadır. Problem adətən yaranmır. Qocalma prosesi gec gedir. Parlaq və canlı görünürlər.
Bunu öyrənməyin də asan üsulu mövcuddur.
Kağız üsulu ən ideal yoldur.. Gözəllik marketlərində satılan, makiyaj üzərindəki parlaqlığı aparmaq üçün istifadə edilən yağ nəzarət kağızlarını əldə edərək yoxlaya bilərsiniz. əgər yoxunuzdursa tək qatlı bir yarpaq tualet kağızı ilə də bunu sınaqdan keçirə bilərsiniz. Kağızı iki parçaya ayırın. Dərinizi isə yaxşıca yuyun. Üzünüzü siləndən sonra bu kağızları dərinizə yapışdırın. 20 dəqiqə gözlətdikdən sonra kağızları üzünüzdən çəkdiyində əgər hər iki kağızda yağ miqdarı çox və bərabərdirsə yağlı dəri formasına sahibsiniz deməkdir. Əgər alın bölgənizdə çox, yanaq hissəsində daha az yağlılıq varsa qarışıq, kağızda hansısa yağlanma yoxdursa quru dəriniz var deməkdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1