Language:
English
Hamiləlik zamanı təsbit edilən xəstəliklər
04 August 2018 8991Hamiləlik keşməkeşli 9 ay müddətidir. Sağlam övlada sahib olmaq hər bir qadının arzusudur. Müasir zamanda bir çox xəstəlikləri bətndaxilində aşkar etmək mümkün olur.
Böyrək xəstəlikləri ən çox rast gəlinənidir. Bəzi problemlər artıq hamiləlik zamanı müalicə oluna bilər.
Ağciyər xəstəliyi – Ağciyərdə kistlər, orqanın tam yaranmaması və bəzi xəstəliklər meydana çıxa bilər. Müalicəsi isə vəziyyətdən asılı olaraq doğuşdan sonra edilə bilər.
Ürək xəstəlikləri – Körpənin ürək inkişafında hamiləliyin 20-ci həftəsi daha vacibdir. Bu səbəbdən 19-22 həftə arası ürək üçün ən ideal yoxlanma zamanıdır. Ürək problemi üçün bir çox risklər mövcuddur. Böyük damar tıxanıqlığı, ürək deşikləri, ana damarlarda tərslik, ürəyin tam inkişaf etməməsi halları baş verə bilər. Bir çox ürək xəstələri hamiləlik zamanı təsbit edilir.
Ana qarnında körpənin barmaqlarında yapışqanlıq, barmaq sayısının çox və ya az olması kimi problemlər baş verə bilər. Bunlar kiçik əməliyyatlar vasitəsilə, protezlərlə düzəldilə bilər.
Baş və beyin anomaliyaları ən çox rastlanan hallardır. Beyin içinin inkişaf etməməsi , beyin toxumasının açıqda qalması ən çox təsbit edilən vəziyyətlərdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1