Language:
English
Şokolad yeməyin faydaları
05 May 2018 8457Müəyyən miqdarda yeyildiyi müddətcə vücuda hansısa problem yaratmaz.
Enerji verir. Səhər bir parça şokolad yeyərək günə enerjili başlaya bilərsiniz.
Aparılan araşdırmalara görə, sevincli gün keçirtmək üçün bir parça şokolad kifayətdir. Şokolad vücudda serotonin hormonunu təmin edir.
Qulaqda qəribə səslənsə də arıqlamaq istəyənlər də şokolad yeyə bilərlər. Çünki arıqlamağa kömək edir.
Tel Aviv universitetində aparılan araşdırmalara görə, səhər yeməyinin yanında bir parça şokolad yeyən insanların arıqladığı müşahidə edilib.
Gündəlik ehtiyacımız olan maqneziumun 58%-i
Gündəlik ehtiyacımız olan manqanın 98%-i
Gündəlik ehtiyacımız olan misin 89%-ini təmin edir.
Hər gün acı şokolad yemək qanda xolesterolun miqdarını kəskin şəkildə azaldır. Bu da daha aşağı ürək-damar xəstəlikləri ehtimalı deməkdir.
Qara şokolad beynin fəaliyyətini yaxşılaşdırır. Yüksək miqdarda kakao qan dövranını yaxşılaşdıraraq beynin daha rahat qidalanmasını təmin edir, yaddaş probleminə və zehni proseslərə təsir göstərir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1