Language:
English
Diabet xəstəliyi müalicəsiz qalsa hansı fəsadlar verə bilər?
05 May 2018 9496Şəkərli diabet mütləq nəzarət altında saxlanılmalı olan xəstəliklər sırasındadır.
Türkiyəli mütəxəssis bu barədə vacib məlumatlar verib.
Qan şəkərinin yüksəlməsi olaraq bilinir. İnsulin qan şəkərinin tənzimlənməsində mühüm rol oynayan hormondur. Ancaq vücudda kifayət qədər insulin istehsal edilməzsə, enerjiyə çevrilməli olan qlukoza qanda toplanar və qan şəkərini yüksəldər. Əgər qan şəkəri nəzarət altına alınmazsa oqaranları ciddə təhlükəyə sala bilər.
Diabet sağlamlıqla bağlı hansı problemlərə səbəb ola bilər?
Nəzarət altına alınmadığı zaman irəliki zamanlarda bəzi şikəstliklərə səbəb olacaq problemlər yarana bilər. Diabetin müalicəsində əsas məqsəd sadəcə qısa zamanda diabetin yol açdığı simptomları aradan qaldırmaqdır.
Bu zaman xolestrin səviyyələri də daima nəzarətdə saxlanılmalıdır. Qan şəkəri dəyərlərində anormallıq olan xəstələrdə göz və retinanın təsirlənməsi səbəbiylə görmədə problemlər yarana bilər və diqqət edilmədiyi təqdirdə korluqla nəticələnə bilər. Diabet xəstəliyi kişilərin cinsi münasibətlərinə də mənfi təsir göstərir.
Uzun illər diaber xəstəliyi ilə mübarizə aparan və qan şəkərini nəzarət altında tuta bilməyən insanlar damar sərtliyi və damar tıxanıqlığı ilə qarşılaşa bilərlər. Diabet səbəbindən böyrək damarları zədələnərsə, ciddi böyrək problemləri ortaya çıxa bilər. Hətta böyrək çatışmazlığı da yarana bilər.
Həmçinin müalicə edilməyən diabet xəstəliyi sinir uclarına zərər verə bilər. Bu da nevroloji problemlərə də yol aça bilər. Nəticədə isə hissiyatın itməsi ilə nəticələnə bilər.
Qan şəkərləri mütləq şəkildə yoxlanılmalıdır. Əks halda orqan itkisi də yarada bilər.
Doğru müalicə və düzgün qidalanma əsas şərtlərdən biridir. Bu xəstəliyi daim nəzarətdə saxlamağa kömək edəcək.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1