Language:
English
Dırnaq çıxması nədir?
06 June 2018 40043Dırnaqlar ət içinə bərkimiş formada olur. Barmaq uclarını örtən bu sərt təbəqə xarici ortam ilə təmas zamanı dırnaqların qırılması, qismi qopması, zərər görməsi, zaman daxilində saralması, dırnaqların ayrılması vəziyyətləri yaranır. Dırnaqların ayrılması, əksər zaman ayaq dırnaqlarında meydana gəlir. Ayaq dırnağına sərt cismin düşməsi, ayağın sərt yerə dəyməsi, dırnaq göbələyi kimi vəziyyətlərdə dırnaqlar qırılır və bunun nəticəsində də dırnaqlarda ayrılma baş verir.
– Dırnaqların yanlış formada kəsilməsi
– Dırnaq ətrafındakı ətlərin həddindən çox kəsilməsi
– Dırnaq ətinin iltihablanması
– Dırnaq göbələyi
– Vitaminsizlik
– Keratin əksikliyi
– Dəmir əksikliyi
– Dırnağa sərt cismin düşməsi
– Dırnağın qapıda qalması
İlk olaraq zədələnən barmağa müdaxilə edilməlidir. Barmaqda bir kəsik və ya yara varsa, o hissəni təmizləyin. Daha sonra ağrını azaldacaq krem çəkin. Bir əski ilə bağlayın.
Bu müddətdə ağrılar şiddətlənə bilər.
Qırılan dırnaq qurumağa və ətdən ayrılmağa başlayacaq. Bu müddətdə dırnağın öz-özünə düşməsini gözləməlisiniz.
45-60 gün ərzində isə yeni dırnaq çıxacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1