Language:
English
Cindi-şeytandı, qoyma gəldi
26 December 2018 8251İnsan qəbilindən olmayan, şər və qorxunc qüvvələrə inanc bütün dövr və xalqlarda mövcud olmuşdur. Müxtəlif dinlərdə də bu cür qüvvələrin varlığı barədə yetərincə məlumatlara rast gəlinir.
Bundan başqa, dünya şohrətli rəssamların tablolarında, yazıçı və şairlərin əsərlərində, kinofilmlərdə və s. bu mövzu haqqında ətraflı söhbət açılıb.
Azərbaycanda el arasaında bu qüvvələrə cin, şeytan, ifrit, iblis və s. kimi adlar qoyublar.
Hesab edilir ki, həmin qüvvələr haqda ən düzgün məlumatlar “Qurani-Kərim”də göstərilib. Müqəddəs kitabımızda, mələklər, cinlər haqqında bir çox ayələr var və orada qeyd olunub ki, şər qüvvələrdən qorunmaq üçün “Quran” oxumaq lazımdır. Cinlər, iblislər insanların nəzərində həmişə qorxunc məxluqlar kimi canlanır. Çünki gözlə görünmürlər, qeyri adı bacarıqları var və istənilən vaxt insana ziyan vura bilirlər.
Bizim məqsədimiz sizlərə teologiya barədə mühazirə oxumaq deyil. Sadəcə, düşünürük ki, həmin bu gözəgörünməzlər - bizim aramızda da var, amma insan cildində. Gizlincə ara vuran, oğurluq, xainlik, satqınlıq edən, ailələr dağıdan insanlar, ziyankar cin, şeytan və ya ifritdən nə ilə fərqlənirlər ki?
Təhlükə ondan ibarətdir ki, elə cin-şeytanda olduğu kimi, belə insanları aramızda görə bilmirik, onlar isə öz çirkin əməllərini törədir, insanların həyatına, cəmiyyətə böyük ziyan vururlar.
Lakin aramızda elə məxluqlar var ki, onlar xislətcə cin-şeytandan fərqlənmirlər, amma onları hamımız görürük. Bu - insanların pullarını sovuraraq, qanını içən, bəzi halda onları şikəst və ya ölümcül edən “həkimlərdir”.
Qeyd etdiyimiz kimi, “İslam”da deyilir ki, şər qüvvəlrdən qorunmaq üçün “Quran” oxumaq lazımdır. Bəs belə həkimlərdən necə qorunasan, necə təcrid olunansan onlardan, köklərini necə kəsəsən? Azadlıq meydanında yandırasanmı, asasanmı, ayağına özü boyda daş bağlayıb Xəzərdə batırasanmı, bütün varını-yoxunu satıb, ziyan vurduğu pasiyentə (əgər sağ qalarsa), onun ailəsinə kompensasiya ödəyəsənmi. Bilmirik.
Bəlkə, siz biləsiniz...
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1