Language:
English
Baş ağrılarınızın səbəbi – “Yalançı şiş” xəstəliyi nədir?
31 August 2018 10430Görmə pozuntularına səbəb olan, diaqnozu qoyulmamış və çoxlu baş ağrılarınızın səbəbi “yalancı şişlər” ola bilər. Mövzuyla bağlı vacib məqamları Eren Erdem açıqlayıb.
Baş ağrısı hər yaşdan olan insanın yaşadığı problemdir. Bu xəstəliyin spesifik növləri mövcuddur.
Beyindən qanın təkrar şəkildə ürəyə dönməsini təmin edən damarlarda yaranan darlıqlar səbəbiylə beyin təzyiqinin artması ilə bağlı olaraq yaranır.
Xəstələr bu zaman göz arxalarında yaranan ağrılardan şikayət edirlər. Baş ağrısı ilə yanaşı görmə zəiflikləri, cüt görmə, bulanıqlıq, qulaq uğultuları, başda ağırlıq hissi də tez-tez müşahidə edilə bilər.
Yalancı şiş olduqca spesfik xəstəlikdir və diaqnozu çətin qoyulur.
Qeyd edək ki, yalancı şiş xəstəliyi müalicə oluna bilir. Uzunmüddətli dərman müalicəsi ilə həlli mümkündür. Əks halda korluğa belə gətirib çıxara bilər. Tıxanan damarların cərrahi üsulla açılması da mümkündür.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1