Language:
English
Ana südünün kəsilmə səbəbləri
27 August 2018 12652Türkiyəli ginekoloq Aslı Anay ana südünün kəsilmə səbəblərindən danışıb.
Süd kəsilməsinin səbəbləri olaraq düzgün qidalanmamaq, stress, yuxusuzluq və s göstərilir.
Həkim, xüsusilə həddindən çox çəkilən stress və məyusluğun südü azaltdığı və kəsdiyini vurğulayıb.
Bu səbəbdən süd verən analar qidalanmalarına, kalsium və protein qəbullarına diqqət göstərməlidirlər. Əmizdirən qadınlar 1 kasa qatıq, 1 stəkan süd və bolca pendir istifadə etməlidir. Səhər yeməyində isə yumurta yeməlidir. Dəmir ehtiyacını təmin etmək üçün isə yeməklərdə bol salat yeməli. Çay və qəhvəni azaltmalıdır.
Bununla yanaşı qoz, badam, fındıq kimi ləpələr yeməlidirlər..Siqaretdən uzaq duraraq spirtli içkilərdən imtina etməlidirlər.
Düzgün qidalanma həmçinin normal çəkiyə düşməni də asanlaşdırır.
Anaya əmizdirmə ilə bağlı olaraq dərs verilməlidir. Süd miqdarı az olsa belə ananın 2 saat ara ilə əmizdirməsi əsas məsələdir.
Bu zaman süd vəzil uclarında ağrılar, yaralar yarana bilər ki, bunu həkim müayinəsi ilə asanlıqla müalicə etmək mümkündür.
Mütəxəssislər xüsusillə ilk 6 ay ərzində uşaq əmizdirməyin əsas olduğunu qeyd edirlər.
Əgər uşağın çəkisində bir ay ərzində 600-800 qram artış olursa bu o deməkdir ki, ana südü körpəyə yetir və əlavə qidaya ehtiyac yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1