Language:
English
Psixiatrik dərmanların əks göstərişləri
05 March 2018 14672Psixiatrik dərmanların əks göstərişləri digər dərmanlarla müqayisədə daha çoxdur. Bu haqda türkiyəli farmakoloq Usta bildirib. Belə dərmanların ancaq həkim nəzarəti altında içilməsinin vacibliyini vurğulayan həkim Coşqun Usta, xüsusilə psixoloji problem olan və epilepsiya xəstələrinin ehtiyyatlı olmalarını qeyd edib: “Dərmanlar bir tərəfdən faydalı olsalar da, digər tərəfdən zərərlidir. Mütləq şəkildə xəstəliyi sağaltsa da, digər orqana zərər verir. Bu hətta həyati təhlükəyə də səbəb olur. Həkim bu maneələrin qarşısını qismən də olsa ala bilər. Çünki dərmanların bir-biri ilə uyğunluğu çox önəmlidir”.
Mütəxəssisin sözlərinə görə, əks göstərişlərin olduğnu dəriyə təsir edən reaksiyalardan anlamaq olar.
Bəzi dərmanlar əks göstəriş verə bilər, amma, bu onların istifadə edilməyəcəyi mənasını daşımır. Əks göstərişlərin nə olduğu və nə qədər orqana təsir göstərdiyi çox vacibdir.
“Təsir dərmandan asılıdır. Məsələn, elə əks göstərişi ola bilər ki, 10 mində bir, 100 mində, milyonda bir şəkildə baş verər. Belə dərmanlar daha təhlükəsizdir,-deyə həkim açıqlayıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1