Language:
English
İsveçirəlilər çiplənir
25 October 2018 12678İsveçrə xalqı açar, kredir kartı, şəxsi kart, bilet və s. əşyaları daşımaq əvəzinə bunların hamısını əvəz edən dəri altı mikro çiplərdən istifadə edirlər.
Dünyada mikro çip işlədən insanların sayı 10 mindirsə, 10 milyon əhalisi olan İsveçrədə mikrı çip işlədən insanların sayı 4 minə qədərdir. Bir düyü dənəsi boyda olan, baş barmaqla işarə barmağı arasındakı dəri altına yerləşdirilən mikro çiplər insanların həyatını rahatlaşdırır.
Telefon və digər avadanlıqlar kimi elektrik enerjisinə ehtiyac duymur. Bu çiplər telefonlar vasitəsilə proqramlanır iynə, ya da başqa yolla dəri altına yerləşdirilir. İsveçrədə bu çiplərin geniş yayılmasının səbəbi firmaların əməkdaşlarına personal kartı əvəz edən ödənişsiz çip verməsidir. Çiplərin qiyməti isə 180 dollara qədər müəyyən olunub.
Bu çiplərin sağlamlığa hər hansı mənfi təsiri hələ ki, aşkarlanmayıb. Ancaq kimyəvi maddələrdən hazırlanmış və telefonla proqramlaşdırıla bilən bu cür mikro çiplər illər sonra orqanizmə hər hansı zərər verə bilərmi sualı maraq doğurur.
Digər məsələ isə bu mikro çiplərdən istifadə edən şəxslər çox rahatlıqla izlənilə bilir ki, bu da ictimaiyyətdə birmənalı qarşılanmır.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
https://hekimtap.az
HekimTap © 2018 Use info only by referring to the site
Version 2018.06.14.1