Namig  Ismayilov hekimtap.az
Kişi sonsuzluğu faktorları
 hekimtap.az

Kişi sonsuzluğu faktorları

Author: Uroloq-androloq Namiq İsmayılov
5024

Published: 03.05.2018
Namig Ismayilov

Kişi sonsuzluğu haqda ümumi məlumat

Kişi sonsuzluğu bir yenilik deyil, baxmayaraq ki, əvvəllər hesab olunurdu ki, sonsuzluqdan yalnız qadınlar əziyyət çəkə bilərlər. Kişi sonsuzluğu ayrı-ayrı səbəblərdən, genetik xəstəliklər də daxil olmaqla, müxtəlif xəstəliklərdən yarana bilər. Sonsuzluğun bir çox növlərini müalicə etmək olsa da, bəzi hallarda ekstrakorporal mayalandırma (EKM), yəni süni mayalandırma tətbiq olunur.

Əgər sonsuzluq heç cürə müalicə olunmursa, həkim donorluq təyin edə bilər.  

İstənilən halda, kişi sonsuzluğunun qarşısını almaq üçün mütəmadi həkim nəzarətində olmaq vacibdir. Belə olan təqdirdə, müxtəlif xəstəlikləri erkən mərhələdə aşkar etməyə şərait yaranacaq ki, onların bu mərhələdə müalicəsi daha asan olacaq.

Əksər hallarda çox da baha olmayan preparatlardan istifadə etməklə və ya cərrahi müdaxilədən sonra problemli tezliklə həll etmək mümkündür.     

Amma istənilən halda, sonsuzluq əlamətləri özünü göstərərsə, yüksək ixtisaslı mütəxəssisə müraciət etmək lazımdır ki, həkim dəqiq diaqnoz qoya və müalicə apara bilsin.  

Kişi sonsuzluğunun səbəbləri

Kişi sonsuzluğu bir sıra səbəblərdən yarana bilər. Buraya aiddir:
 – Əvvəllər keçirilmiş infeksion – iltihabi xəstəliklər,məsələn, uretrit, prostatit, xlamidioz, göbələk xəstəlikləri və s. Bu xəstəliklərin xroniki forması, uzun müddət müalicənin aparılmaması xüsusilə təhlükəlidir.
 – Kişi cinsiyyət orqanında özünü göstərən anadangəlmə anomaliyalar.
 – 60 % hallarda kişi sonsuzluğu damar genişlənməsi, yəni varikosel nəticəsində yaranır.
 – Toxumçıxarıcı axarın keçilməzliyi, hansı ki, bunun nəticəsində spermanın uretraya daxil olması mümkün olmur. Buna səbəb iltihabi xəstəliklər ola bilər ki, bu da uzun müddətli ilkin müayinə, bəzən cərrahi müdaxilə tələb edir.
 – Sistem xəstəliklər, məsələn, vərəm, böyrək çatışmazlığı, şəkərli diabet və s.
 – Autoimmun spermatogenez.
 – Qeyri-müəyyən genezin mövcudluğu (təqribən 5% hallarda rast gəlinir).
 – Professional zərərlər, məsələn isti sexlərdə çalışma.

Kişi sonsuzluğunun növləri

Kişi sonsuzluğunun məhz hansı səbəbdən yaranmasının böyük rolu var.

Mütəxəssislər sonsuzluğun bir neçə formasını müəyyənləşdiriblər:
 – Genetik;
 – Obturasion forma;
 – Sekretor forma;
 – İmmun sonsuzluq;
 – İkincili sonsuzluq.  

Kişi sonsuzluğunun müalicəsi

Konservativ müalicə

Kişilərdə sonsuzluğun müalicəsi müxtəlif yollarla aparıla bilər. Burada vəziyyətin nədən yarandığının böyük rolu var. Adətən tam tibbi müayinədən sonra müvafiq müalicə, EKM proseduru və ya donor spermasında istifadə təyin olunur.

Müalicə prosesinə aiddir:
 – Konservativ ənənəvi müalicə;
 – Köməkçi vasitə kimi sanator-kurort müalicəsi;
 – Ciddi təyinat üzrə cərrahi müalicə;
 – Müasir reproduktiv texnologiyalar.

İmmunoloji pozuntu zamanı kişi sonsuzluğu faktoru konservativ metodla müalicə edilir. Bu metodlar hormonal,sekretor pozuntularda çox münasibdir. Müalicə prosesi belə gedir: hormonal preparatlar, immuntənzimləyici vasitələr, spermatogenez prosesi stimulyatorları təyin edilir.

Bəzi həkimlər müayinədən sonra antiestrogenlər istifadə edə bilərlər ki, kişinin orqanizmindəki testosteron və qonadotrop hormonların səviyyəsi artırılsın.

Həmçinin, özündə mikroelementlər birləşdirən vitamin kompleksləri təyin edilə bilər. Elə prepaparatlar da var ki, tərkibi kişi orqanizmi üçün vacib olan elementlərlə zəngindir və onların tətbiqi öz müsbət təsirini göstərir. Bundan başqa, qeyri-ənənəvi müalicə üsulları, məsələn, hidroterapiya təyin oluna bilər.

Lakin onların tətbiqi digər müalicə metodları ilə kompleks şəkildə aparılmalıdır. Bu müalicələri yalnız həkim təyin edir və özünümüalicəyə qətiyyən yol vermək olmaz. Əks halda, vəziyyət daha da ağırlaşa bilər.       

Cərahi müalicə

Cərrahi müalicə varikosel və ya digər ciddi xəstəliklər zamanı aparılır. Varikosel praktik olaraq yalnız cərrahi yolla müalicə edilir, əməliyyat zamanı varikoz kənarlaşdırılır. Bundan sonra hər iki və ya bir yumurtanın qan dövranı yaxşılaşır, nəticədə cinsi həyat qaydasına düşür, qadın yumurtacığının mayalanması mümkün olur. Varikosel zamanı kişi sonsuzluğu o zaman uğurla müalicə olunur ki, cərrahi müdaxilə vaxtında, yəni yumurtaların və ya bir yumurtanın atrofiyası başlamamış edilsin.

Cərrahi müdaxilə ilə, həmçinin, digər patologiyaları da aradan qaldırmaq mümkündür.       

EKM proseduru

Sonsuzluq müalicəyə tabe olmadıqda həkim ekstrakorporal mayalandırma (EKM) proseduru təyin edə bilər.

Belə əməliyyata aşagıdakılar göstərişdir:
 – Azoospermiya, yəni eyakulyantda spermatozoidlərin tam və ya hissəvi olmaması
 – Kişilərdə immunuloji sonsuzluq

EKM inseminasiya ilə yanaşı təyin edilir ki, bu prosedur kifayət qədər effektlidir. Əksər hallarda spermatozoidlərin həyat qabiliyyəti bərpa olunur.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır. 


Namig Ismayilov

Choose time

Write you telephone number

By applying you accept

rules of service